Dövlətin dəstəyi və zəmanəti ilə...
08.10.2024 [08:50]
Sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib
Azərbaycanda sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi son illərdə daha da yaxşılaşıb. 2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 500 milyon manatdan artıq kredit verilib ki, bunun da 65 milyon 155 min manatı yanvar-sentyabr aylarını əhatə edir. Bu mexanizm çərçivəsində bu günədək zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, İKZF tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki faiz dərəcəsi 6 faiz, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manatadək təşkil edib.
Zəmanətli kreditlərin yönəldildiyi əsas sahə sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesidir. Digər əsas sahələr isə tikinti, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələr, maşın və avadanlıq istehsalı, ticarət və xidmət sektorlarıdır. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6500 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qeyri-neft sektorunun inkişafı naminə...
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Sahibkarlara müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət və kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsi də strategiyanın əsas tərkib hissəsidir. Qeyd edək ki, güzəştli kredit kiçik, orta və böyük həcmli olmaqla 3 maliyyə güzəşti üzrə təsnifləşdirilib. Kiçik həcmli kreditin məbləği 5- 50 min manatadək olmaqla 3 ilədək verilir. Kredit dərəcəsi 5 faizə bərabərdir. Orta həcmli kreditin məbləği 50 min - 1 milyon manat civarında müəyyən edilib. Faiz dərəcəsi 5-ə bərabər olan bu kreditlərin qaytarılma müddəti 5 ilədək nəzərdə tutulub. Maliyyə tutumu 1-10 milyon manat təşkil edən böyük həcmli kreditlərin də faizi 5, qaytarılma müddəti isə 10 ilədək müəyyənləşib.
Ümumilikdə, biznesin maliyyə əlçatanlığının təmin edilməsi məqsədilə dövlətin güzəşt siyasətinin əsas məqsədi qeyri-neft sənaye sahələrinin inkişafı, kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü və logistik xidmət layihələrinin dəstəklənməsi, anbar komplekslərinin qurulması, turizmin inkişafında dövlətin dəstəkləyici rolunun artırılması, balıqçılıq və akvakultura təsərrüfatlarının yaradılması, “yaşıl”, rəqəmsal inkişaf və innovasiya yönümlü sahələrə maliyyə qayğısının göstərilməsindən ibarətdir.
49 mindən çox layihəyə 3,2 milyard manat güzəştli kredit...
İZKF-nin kredit zəmanəti və subsidiyalaşdırılması siyasəti ilə yanaşı, biznesin maliyyə təminatının həllində birbaşa mərkəzi maliyyə institutu rolunu oynayan Sahibkarlığın İnkişafı Fondunun (SİF) sahibkarlığa dəstəyi də artmaqdadır. 2024-cü ilin 8 ayı ərzində Fond (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 3507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verilib. Ümumilikdə, SİF tərəfindən 2002-ci ildən indiyədək 49 min 500-dən çox layihəyə, ümumilikdə, 3,2 milyard manat məbləğində güzəştli kredit verilib.
Cari ilin ötən aylarında sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ilk yerdə dayanır. Bu bank 1246 layihəni maliyyələşdirib. İkinci yerdə 733 layihə üzrə “Rabitəbank” dayanır. “AccessBank” 501 sahibkarlıq subyektini maliyyələşdirib. “Yelo Bank” 368, “Aqrarkredit” təşkilatı isə 187 layihənin maliyyələşməsini təmin edib. Eyni zamanda, Beynəlxalq Bank kreditləşməyə əsas maliyyə institutu kimi fərqlənib.
Azad ərazilərdə çalışan biznesə güzəşt və dəstəklər...
Azərbaycan hökumətinin sahibkarlığın dəstəklənməsində yeni yanaşması 2020-ci ildən sonra azad edilmiş ərazilərdə biznes imkanlarının yaradılmasına yönəlib. 2022-ci ildən bəri bu istiqamətdə maliyyələşdirməni həyata keçirən SİF indiyədək 10 layihə üzrə 21,6 milyon manat güzəştli krediti təmin edib. Digər istiqamət sahibkarların işğaldan azad olunmuş ərazilərdə reallaşdıracaqları investisiya layihələrinə cəlb edəcəkləri kommersiya kreditləri üzrə zəmanətin verilməsidir. Bu çərçivəyə əsasən, Fond tərəfindən 90 faizədək zəmanətin təqdim edilməsi və eyni zamanda, faiz dərəcəsinin 10 faiz bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur. Həmçinin kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü il fevralın 1-dən bu mexanizm üzrə aktiv şəkildə fəaliyyətə başlayan SİF tərəfindən 6 sahibkarlıq subyekti üzrə 15,6 milyon manat dəyərində kredit üçün 12,2 milyon manat dövlət zəmanəti təmin edilib və artıq subsidiyalaşdırmaya başlanılıb.
Bu motivasiyalar nəticəsində azad ərazilərdə fəaliyyət göstərən sahibkarların sayı artaraq 2024-cü ilin birinci yarısında 1700-? ötüb. Hüquqi şəxslərin və yeni müəssisə və təşkilatların sayı isə 160-a çatıb.
Sahibkarlığın İnkişafı Fondu və İqtisadi Zonaların İnkişafı Agentliyi bu bölgədə çalışan sənaye parklarının rezidentləri ilə də davamlı tədbirlər keçirərək onların maliyyə təminatı ilə bağlı məsələləri öyərinir, dəstək tədbirləri istiqamətində araşdırmalar aparılır. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda keçirilən görüşlərdə sahibkarların güzəştli kredit, zəmanət və subsidiya mexanizmləri ilə bağlı təkliflər dinlənilib və onların maliyyə qurumlarının vəsaitlərinə çıxışlarının asanlaşdırılması üçün əlavə addımların atılacağı bildirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya imkanlarının və biznes perspektivlərinin qiymətləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
“Yaşıl güzəşt”lər: 136 biznes layihəsinə 27 milyon manat...
Dayanıqlı istehlak və istehsala nail olunmasında, eləcə də resurs və enerji səmərəliliyinin artırılmasında “yaşıl biznes”lərin əhəmiyyətli rolu var. Bu səbəbdən sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsi prioritetlərdən biridir. Fond tərəfindən bu sahədə çalışan biznesə də diqqət artırılıb və sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də “yaşıl layihələr” həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə məqsədli tədbirlərə başlanılıb. Müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə birlikdə həyata keçirilən “Sənaye və yaşıl layihələrə dəstək” aləti də məhz bu sahənin güzəştli kreditlərlə təminatının artırılmasından ibarətdir. Layihənin ilk mərhələsində müvəkkil kredit təşkilatları tərəfindən 136 biznes layihəsinə 27 milyon manata yaxın güzəştli kredit ayrılıb. Belə layihələrdən biri SİF tərəfindən 2 milyon manat güzəştli kreditlə təmin edilmiş “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin quşçuluğun inkişafı layihəsi “yaşıl biznes” üçün ən yaxşı modellərdən biri hesab edilir. Belə ki, təsərrüfatda quraşdırılmış günəş panelləri ay ərzində 510 meqavat enerjiyə qənaət edir və bu, aylıq enerji tələbatının 45 faizi deməkdir. Hazırda azad olunmuş ərazilərdə icra olunan “yaşıl layihələr” üzrə də kredit təminatı və zəmanət mexanizminin tətbiqi ilə bağlı tədbirlər görülməkdədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

