Asan gömrük dəhlizi
04.12.2024 [10:48]
Türk dövlətləri arasında ticarətin yumşaldılmasını təmin edən sadələşdirilmiş gömrük rejimi yaradılıb
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Saziş qüvvəyə minib. Sənədə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurları asanlaşacaq və daşınma-logistika rejimi yumşaldılacaq, eləcə də qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsi həyata keçiriləcək. Nəticədə yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək.
“Qarabağ Bəyannaməsi”nin hədəfləri gerçəkləşir
Qeyd edək ki, türk dövlətləri sadələşdirilmiş gömrük rejiminin yaradılması barədə niyyətini 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə bəyan edib. TDT ölkələri tərəfindən imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişdən irəli gələn hüquqi çərçivə ötən 2 il ərzində müvafiq orqanlar arasında hazırlandıqdan sonra 2024-cü il noyabrın 29-da qüvvəyə minib. Eyni zamanda, Türkiyə, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılması da azad ticarət dəhlizinin fundamental əsaslarından birini təşkil edir.
Yeri gəlmişkən, yeni təsisatın yaradılması türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə əks edilmiş iqtisadi-ticari hədəflərə uyğundur. Bəyannamənin əsas prinsiplərindən biri TDT-nin kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqi ilə bağlıdır. Preferensial sazişlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil.
Kompüterləşdirilmiş Tranzit Sisteminin yaradılması
TDT-nin yeni iqtisadi baxış siyasətinə əsasən, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması da əsas prinsiplərdən biridir. Bu, üzv ölkələr arasında qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması deməkdir. Nəticədə hər iki sənədin ən mühüm prioritetlərdindən biri qüvvəyə minməklə ticarət əməkdaşlığı sahəsində vahid strategiyanı müəyyən edəcək. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-nin digər əsas hədəflərindən biri olan ticarətin rəqəmsallaşdırılması konseptinə çatmağa da imkan verəcək. Bu məqsədlə tərəflər Türkiyədə qüvvədə olan Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsini tətbiq edəcək. DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.
Sözsüz ki, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması türk dövlətləri arasında əmtəə dövriyyəsinin də artmasına səbəb olacaq. Hazırda bu dövlətlərin apardığı qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi təxminən 45-48 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 5 faizi deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq transregional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi bu hədəflərin reallaşmasına imkan verməklə, TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyini möhkəmləndirəcək.
İkiqat vergitutmanın aradan qaldırılması
Türk dövlətləri iqtisadi-ticari dövriyyənin yüksəldilməsi məqsədilə asan vergi rejiminin də yaradılması istiqamətində iradəli addımlar atmaqdadır. TDT ölkələrinin demək olar ki, hamısı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb ki, bu da dövlətlərarası mal və xidmət ticarətini, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətini, eləcə də özəl sərmayələrin axınını stimullaşdırmaq məqsədi güdür.
Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

