İƏT-in Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək
24.01.2025 [10:56]
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək. Bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb.Nizamnamənin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə inkişafı təşviq edir və İƏT Üzv Dövlətlərinin milli təsisatlarının imkanlarını artırır. İƏT-in Təmiz Enerji Mərkəzi təşkilat regionunda aşağı karbonlu layihə fəaliyyətlərinin həyata keçirilməsinə kömək məqsədilə dayanıqlı enerji məsələləri üzrə dəstək verir və maliyyə və texniki imkanları səfərbər edir. “İqtisadi əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.
Azərbaycanın İƏT-lə fəal əməkdaşlığı
Müstəqil Azərbaycan İslam dünyasının ayrılmaz bir hissəsidir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən ölkəmiz, eyni zamanda, bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. Belə təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı olaraq formalaşdırılıb. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatıb. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
İƏT daxilində müxtəlif istiqamətlər üzrə komitələr fəaliyyət göstərir. Bunlar aşağıdakılardır:
-Kənd təsərrüfatı sahəsi,
-Sənaye əməkdaşlığı,
-Nəqliyyat və rabitə,
-İnfrastruktur və ictimai işlər,
-Elm, təhsil və mədəniyyət,
-Energetika,
-Narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət.
Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.
İƏT-ə üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Buna görə də təşkilatın uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır Öz növbəsində beynəlxalq təşkilatlarla sıx əlaqələr quran Azərbaycan eyni zamanda İƏT-də təmsilçiliyi yüksək dəyərləndirərək qurumun funksionallığının və nüfuzunun artmasına davamlı töhfələrini verir. İndiyədək Azərbaycan İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürüb. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə toplantılarına ev sahibliyi edib. Bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapıb.
İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanı qınayıb və ölkəmizin maraqlarını ədalətli şəkildə müdafiə ediblər. Üzv dövlətlər İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə də Azərbaycanın siyasətinə dəstək veriblər. Onların birmənalı mövqeyi qəbul olunan ayrı-ayrı sənədlərdə öz əksini tapıb.
Böyük siyasətçi Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib. 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.
Bəs nə üçün Bakı?
İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzin?n Bakıda yerləşməsinə qərar verilməsi heç də təsadüfi deyil. Bunu ilk növbədə İslam dünyasının respublikamıza dərin inamı kimi qəbul etmək lazımdır. Digər tərəfdən, ölkəmiz hazırda aktuallığı hədsiz dərəcədə artan “yaşıl enerji” çağırışına cavab verməyə güclü potensialı olan və buna qətiyyətli siyasi iradə göstərən bir dövlətdir.
Azərbaycan ötən ilin noyabr ayında BMT-nin əsas iqlim konfransına - COP29-a böyük uğurla ev sahibliyi etməsi ilə qlobal çağırışa sadiqliyini əyani şəkildə dünyaya göstərdi. Məsuliyyətli dövlət olan Azərbaycan bu tədbirə cəmi 11 ay ərzində ciddi hazırlıqlar gördü və yeni təşəbbüslərlə çıxış etdi. Hazırda güclü sənaye inkişafının, emissiyaların nəticəsi olaraq yaranan və getdikcə kəskinləşən qlobal iqlim dəyişmələrindən bütün ölkələr təsirlənirlər. Ancaq bu, kiçik ada dövlətləri üçün ölüm, ya qalım məsələsidir. Buna görə də Azərbaycan konfrans çərçivəsində kiçik ada dövlətlərinə dəstək məqsədilə maliyyələşmə məsələlərinin zəruriliyini gündəmə gətirdi və bunun həllinə nail oldu.
Eyni zamanda, Azərbaycan enerji transformasiyasını özünün əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Ölkəmiz 2030-cu ilə qədər elektrik enerjisi qoyuluş gücündə 30 faizlik “yaşıl enerji” payına, eyni zamanda 2050-ci ildək “sıfır emissiya” hədəflərinə çatmağı qarşıya məqsəd kimi qoyub. Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilər, Naxçıvan “yaşı enerji” potensialı ilə kifayət qədər zəngindir. Hazırda həmin potensialdan səmərəli istifadə edilməsi məqsədilə çoxsaylı layihələr reallaşdırılır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

