İNG proqnozunu yenilədi
11.02.2025 [10:41]
2025-ci ildə ölkəmizdə inflyasiya sabit qalacaq
Niderlandın ən böyük maliyyə-bank təsisatlarından olan “ING Group” region ölkələri ilə bağlı yenilənmiş inflyasiya proqnozunu açıqlayıb. Təşkilatın hesabatında Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanın 4,8 faiz, 2026-cı il üçün isə 4,7 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Bankın ehtimallarına əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 faiz, ikinci rübdə 5,7 faiz, üçüncü və dördüncü rüblərdə isə 4 faiz təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 faiz olacağı gözlənilir.
“ING Group” inflyasiya gözləntiləri Azərbaycan hökumətinin cari və növbəti illər üzrə fərz edilən inflyasiya çərçivəsinə uyğundur. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 faiz, 2026-cı ildə isə 4 faiz səviyyəsində olacaq. Yaxud, Mərkəzi Bankın (MB) da yenilənmiş proqnozları “ING Group”un qiymət indeksi ehtimallarına uyğundur. MB-nin 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 faiz, 2026-cı ildə isə 3,8 faiz təşkil edəcək.
“ING Group” hesab edir ki, ölkəmizdəki inflyasiya gözləntilərində cüzi artım tendensiyası Mərkəzi bankın pul-kredit siyasətində müəyyən dəyişikliklər etməsinə səbəb olacaq. Belə ki, ehtimallara görə, MB uçot dərəcəsini cari ilin mart ayında 0,25 faiz bəndi artıraraq 7,5 faizə çatdıracaq. Uçot dəhlizi sonrakı rüblərdə sabit qalacaq, 2026-cı ildə də eyni ssenari qorunub saxlanılacaq. Ümumilikdə, 2026-cı ilin üçüncü rübünə qədər uçot dərəcəsinin 7,5 faiz səviyyəsində saxlanılacağı gözlənilir, dördüncü rübdə isə pul siyasətində yenidən dəyişiklik olacağı fərz olunur. Qeyd edək ki, MB cari ilin 22 yanvar tarixində qəbul etdiyi qərara əsasən, uçot dərəcəsini 7,25 faiz səviyyəsində dəyişməz saxlayıb.
Digər proqnozlar da nikbindir...
Bu rəqəmlər digər beynəlxalq iqtisadi institutların proqnozlarına çox yaxındır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, 2025-ci ildə 3,9 faiz təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə qiymət indeksi cari ildə 3,5 faiz, 2025-ci ildə 5 faiz, növbəti illərdə isə 4 faiz olacaq. Dünya Bankının proqnozlarında isə inflyasiyanın 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 4 faiz təşkil edəcəyi qeyd olunur. “Standard & Poor’s” beynəlxalq reytinq agentliyinin iyun ayında açıqladığı yeni sənəddə Azərbaycanda 2025-2027-ci illərdə orta illik inflyasiya gözləntilərinin 3-4,2 faiz olacağı bildirilir.
Dünyada geosiyasi və geoiqtisadi risklər inflyasiya təzyiqi yaradır...
Ancaq hökumət birrəqəmli inflyasiya çərçivəsinə arxayın olmayaraq, qiymət indeksinə təsir edən daxili və xarici faktorları, o cümlədən anti-inflyasiya tədbirlərini prioritet kimi diqqətdə saxlayacaq. Mərkəzi Bankın bəyanatından da görünür ki, 2025-ci il ərzində hökumətin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərinə uyğun olaraq, bir sıra iqtisadi alətlərdən istifadə olunacaq. MB bazarın olduqca əlverişliliyini, heç bir risk faktorlarının olmadığını nəzərə alaraq uçot dərəcəsini sabit saxlasa da, ehtiyatlılığı da əldən vermir. Belə ki, istehlak qiymətləri indeksinin müəyyənləşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri xüsusi olaraq nəzarətdə saxlanılır. Çünki qlobal bazara tam arxayın olmaq olmaz, bölgədə geosiyasi mürəkkəb proseslər hələ də davam edir ki, bu risklər inflyasiyanı yenidən sürətləndirə bilər. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar qiymətlərin əlavə artımına səbəb ola bilər.
Ona görə də, hökumət inflyasiya faktorlarını təhlil edərkən inzibati alətləri də yaddan çıxarmaq niyyətində deyil və anti-inflyasiya tədbirləri əsas hədəf prioriteti kimi diqqətdə saxlanılacaq. İqtisadi siyasətin əsas çərçivə hədəflərinə uyğun olaraq bütün iqtisadi qurumlar yenə də işə koordinasiya ediləcək.
“ING Group”un iqtisadi artım proqnozu da ümidvericidir...
“ING Group” 2025-ci ildə qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozunda Azərbaycan iqtisadiyyatını sabit və inkişaf edən və iqtisadi artımın ümidverici olduğunu əks etdirən göstəricilər əsasında xarakterizə edib. Şirkətin tədqiqat qrupunun rəyinə görə, ölkəmizdə 2025-ci il üzrə iqtisadi artım proqnozunu 3,5 faiz nisbətində müəyyənləşdirib ki, bu da orta dünya göstəricisindən 0,5-1 faiz-bənd yüksəkdir.
“ING Group”un Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz göstəriciləri Azərbaycan hökumətinin cari və yaxın 3 illik inkişaf ssenarilərinə uyğundur. Hökumətin proqnozlarına əsasən, ÜDM real ifadədə 2,4 faiz artaraq 118,4 milyard 2,4 faiz, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46

