Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Agentlik direktoru: Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritetdir

Agentlik direktoru: Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritetdir

18.02.2025 [22:57]

Hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritet məsələlərdən biridir.

“Bir çox şirkət KES-lərin inşasına maraq göstərir və bu istiqamətdə danışıqlar davam edir. Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir”, - deyə C. Abdullayev bildirib.

Paylaş:
Baxılıb: 411 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30