Strateji tərəfdaşlığı müəyyən edən anlaşma
02.09.2025 [10:09]
ABŞ-Azərbaycan İşçi Qrupu əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək
Azərbaycan və ABŞ münasibətlərin yeni yol xəritəsi hesab olunan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını rəsmiləşdirib. Bugünlərdə iki dövlət arasında imzalanan Anlaşma Memorandumu strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının hüquqi mexanizmlərini təmin edən mühüm sənəd hesab oluna bilər. Xartiyanın hazırlanması üçün təsis edilən Strateji İşçi Qrupu isə əsas hədəf istiqamətlərini müəyyənləşdirəcək.
Yeni enerji kəşfləri və “yaşıl enerji”də birgə tərəfdaşlıq
İşçi Qrupunun başlıca prioritetlərindən biri enerji, ticarət və tranzit daxil olmaqla, regional bağlantıların təmin olunmasıdır. Hər iki ölkə iqtisadi-ticari-enerji sahəsində 30 illik möhkəm əməkdaşlığa söykənərək müasir çağırışlar fonunda yeni səhifə açmaqda qərarlıdır. Şərq-Qərb enerji dəhlizlərinin formalaşması, BTC, TANAP, TAP kimi qlobal layihələrin ərsəyə gəlməsində Azərbaycana hərtərəfli dəstək verən ABŞ enerji diplomatiyasının yeni uğurlarına imza atmaq niyyətindədir. Enerjinin yeni gündəliyində SOCAR və “ExxonMobil” əsas aktor kimi yer alır. Tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, mövcud olan müsbət əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanda qeyri-ənənəvi və ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi və bərpaolunan enerji istiqamətində potensial əməkdaşlıqlar səfərbər ediləcək. “Exxon” enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resursların diversifikasiyasında ölkəmizə mühüm faydalar verməyi planlaşdırır. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malik “Exxon” şirkəti ilə yeni əməkdaşlıq bu kəşfi tezləşdirə bilər. Karbohidrogen tədarüklərinə beynəlxalq maliyyə təşkilatı olan “EXIM Bank”ın qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.
ABŞ-ın enerji və tranzit üzrə hədəfləri sırasında “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli prosesləri nəzərdə tutulur. Belə ki, zəngin “yaşıl enerji” mənbələrinə malik Azərbaycanın istehsal-tədarük proseslərində Amerika şirkətlərinin təmsil olunması, Şərq-Qərb “yaşıl enerji” nəqli sxemində Vaşinqtonun dəstək verməsi istisna olunmur. Yeni enerji kursu hər iki dövlətin maraqlarını tam əks etdirir və “yaşıl enerji”nin diversifikasiyası həmrəylik və dostluq strategiyasına söykənir.
Süni intellekt, rəqəmsal texnologiyalar quruculuğu
Strateji İşçi Qrupunun digər hədəf istiqaməti süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələrin cəlb olunmasıdır. Respublikamız dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayır. Bu prosesdə Amerikanın nəhəng “SpaceX” şirkəti və “EXIM Bank”ın dəstəkləyici və investiyayönümlü fəaliyyəti diqqəti cəlb edir. Hər iki qurum yeni texnologiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə, Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq.
Regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi hədəfi birbaşa əmtəə mübadilələrinin və investisiya fəallığının artırılmasını nəzərdə tutur ki, bu da yeni iqtisadi alətlərin tətbiqi deməkdir.
2024-cü ildə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 752,9 milyon dollar təşkil edib. Bu rəqəmi daha da yüksəltmək üçün potensiallar böyükdür və yeni iqtisadi-investisiya niyyətlərinin gerçəkləşməsi əmtəə mübadiləsini ən azı 2 milyard dollara çatdıracaq. Nəticədə, Azərbaycan iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin formalaşması təmin olunacaq.
Müdafiə sahəsində uğurlu model hazırlanacaq
İşçi Qrupunun digər prioritet baxışı Azərbaycan və Amerika arasında müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini təşviq etməkdir. Bu, ötən illərdə beynəlxalq terrorizmə qarşı mübarizədə və regionda təhlükəsizliyin, sabitliyin təmin olunmasında nümunəvi formata çevrilmiş Amerika-Azərbaycan əməkdaşlığının yeni modelinin yaranmasını ehtiva edir. Eyni zamanda, NATO standartlarına uyğun olaraq, dəniz və hava sərhədlərinin mühafizəsinin, hava gəmilərinin təhlükəsizliyinin gücləndirilməsi, hava məkanının idarə edilməsinin yaxşılaşdırılması, sülhün qorunması tədbirlərinin gücləndirilməsi istiqamətlərində həyata keçiriləcək tədbirləri nəzərdə tutur. Həmçinin, Qafqazda sülhü və təhlükəsizliyin dayanıqlılığı da prioritetlərdən biridir. Hazırda müdafiə sənayesi sektoru yüksək inkişaf mərhələsinə çatmış və dünyanın bir çox ölkəsinə ən müasir hərbi məhsullar ixrac edən Azərbaycanda bu sahənin daha da modernləşdirilməsində ABŞ-ın dəstəyi də istisna deyil.
Beləliklə, ABŞ-Azərbaycan Strateji İşçi Qrupu tərəflər arasında enerji-iqtisadi-ticari və digər sahələrdə müttəfiqliyin möhkəmləndirilməsini təmin edəcək mühüm prioritetlərin bazisini hazırlayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15

