İqtisadi münasibətlərdə yeni mərhələ
23.09.2025 [09:14]
Ruanda ilə Azərbaycan arasında imzalanan sazişlər iqtisadi əməkdaşlığın inkişafı üçün əsaslı zəmin yaradır
Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələr ötən əsrin sonlarında qurulsa da, intensiv əməkdaşlıq təmasları son illərdə yüksələrək davamlı xarakter almağa başlayıb. Afrika Birliyi Təşkilatının qitə ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə bağlı atdığı iradəli addımlar bir çox region dövlətləri, o cümlədən Azərbaycanla münasibətlərin inkişafında yeni mərhələ açıb. 2011-ci ilin 15 yanvar tarixindən etibarən Azərbaycanın Afrika İttifaqı (Aİ) yanında müşahidəçi statusu alması isə müxtəlif iqtisadi bölmələrdə əlaqələrin qurulması üçün əsaslı zəmin yaradıb.
Respublikamızın qitə dövlətlərindən Ruanda ilə beynəlxalq və regional təşkilatlarda fəal əməkdaşlığı, eyni zamanda, hökumət heyətlərinin qarşılıqlı səfərlərinin artması və mühüm sənədlərinin imzalaması münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub.
“ASAN xidmət” brendi Ruandada
Post-pandemiya dövründə isə Bakı ilə Kiqali arasında iqtisadi təmaslar üçün dialoqlar artaraq dayanılqı zəmin alıb. Ötən il Bakıda keçirilən COP29-da iştirak edən Ruandanın dövlət başçısı Azərbaycanın iqlim təşəbbüskarlığını yüksək dəyərləndirib və Cənab İlham Əliyevlə görüşdə iqtisadi əməkdaşlıq və humanitar məsələlər müzakirə olunub. Həmin görüş zamanı Azərbaycan hər zaman iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və Afrika ölkələrinin problemlərinə xüsusi diqqət yetirdiyi vurğulanıb. Qeyd edək ki, Bakıda tarixi qərar qəbul olunaraq, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması təmin edib. Bu imkanlardan bəhrələnən ölkələrdən biri kimi Ruanda Azərbaycanın bu liderlik keyfiyyəti sayəsində ekoloji proqramlar həyata keçirmək üçün dayanıqlı mənbəyə çıxış əldə edib.
Sentyabrın 20-də Azərbaycanda səfərdə olan Ruanda Prezidenti Pol Kaqame ilə Prezident İlham Əliyev arasında keçirilən görüşlər və aparılan faydalı müzakirələr münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Görüş zamanı iqtisadi-sosial və enerji sahələrində bir sıra zəruri layihələrin icrası üçün potensial imkanlar olduğu diqqətə çatdırılıb. Azərbaycanın dövlət başçısının vurğuladığı kimi bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək, əməkdaşlığımızı genişləndirəcək.
Tərəflər arasında əməkdaşlığın nümunəvi formalarından biri müasir şəffaflıq idaretmə modeli olan “ASAN xidmət” brendinə oxşar qurumun Ruandada yaradılmasıdır. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun həyata keçirilməsi üzrə Əməkdaşlıq Proqramı”nın imzalanması “ASAN Xidmət” modelinin tətbiqini konkretləşdirəcək. Azərbaycanın Ruandada bu modelin qurulması üçün texniki və maliyyə yardımını göstərə biləcəyi istisna olunmur.
KOB-ların müştərək fəaliyyət hədəfləri
Hər iki ölkə digər istiqamətlərdə də fəal çalışır və əməkdaşlığın gücləndirilməsi üçün potensial hesab edilən sahələrdəki vəziyyəti tədiq edir. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu” aqrar sahədə əməkdaşlıq üçün yeni xətt açır və əsas etibarilə kənd təsərrüfatı ölkəsi olan Ruandanın aqrar inkişafı üçün qabqacıl texnoloji tətbiqlərə yol açır.
“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Ruanda Respublikasının İnkişaf Şurası arasında Anlaşma Memorandumu” isə biznes sektorunda əlaqələndirmə və birgə fəaliyyət prinsiplərini əks etdirir. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektlərinin qarşıqılıqlı təmsilçilik mübadiləsinə şərait yaradır. Qeyd edək ki, bir müddət əvvəl Ruandadan gələn nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. “KOB evi”nin təcrübəsi nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib və bu da qeyd olunan sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar açıb. Bu baxımdan yeni memorandum KOB və investorlar arasında münasibətlərin hüquqi-iqtisadi əsaslarını təmin etməklə müştərək iş planını tərtib edəcək.
Dağ-mədən, turizm və “yaşıl enerji” sahələrində tərəfdaşlıq
Azərbaycan və Ruanda arasında qarşılıqlı ticarət, dağ-mədən sənayesi və turizm sahələrində tərəfdaşlıq imkanlarının inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Azərbaycan geostrateji mövqeyi sayəsində Ruandaya ixrac imkanlarını şaxələndirməyə və yeni bazarlara çıxmasına yardım edə bilər.
Tərəflər strateji sahələrdə də əməkdaşlıq edir. ADEX-2022 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan ilə Ruanda arasında hərbi-texniki əməkdaşlıq haqqında razılaşma əldə olunub. Bu, ölkələr arasında münasibətlərin daha geniş xarakter aldığını göstərir. Habelə “yaşıl enerji” sahəsində əməkdaşlıq üçün münbit baza var. Azərbaycanın bərpaolunan enerji sektorunda fəal təşəbüskarlığı və nüfuzlu investorlarla nəhəng layihələrə imza atması Ruanda ilə bu əməkdaşlığın yeni sahələrindən birinə çevrilə bilər.
Beləliklə, Ruanda Prezidentinin Azərbaycana səfəri və sənədlərin imzalanması iki ölkə arasında münasibətləri formal əlaqələrdən faydalı və praktiki tərəfdaşlığa keçməklə yeni səviyyəyə qaldıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

