Biznesə sərmayələr üçün yeni mənbə
30.09.2025 [09:50]
Ölkəmizdə regional statuslu vençur şirkəti təsis edilib
Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “White Hill Capital” vençur fondu arasında yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair Təsis Müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək. Azərbaycan ekosistemi bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalana biləcək.
“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov isə bildirib ki, bu şirkətin Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençur maliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək. 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondu olan “White Hill Capital” yeni müqavilə çərçivəsində Azərbaycanda vençur kapital mühitinin genişlənməsi və yerli startapların beynəlxalq bazarlara inteqrasiyasının sürətlənməsinə töhfə verəcək.
Dünyanın nəhəng rəqəmsal şirkətləri vençur kapitalı ilə yaradılıb
Vençur fondu yeni və böyüməkdə olan şirkətlərə sərmayə yatıraraq onların inkişafına dəstək olan maliyyə qurumudur. Bu fondlar əsasən texnologiya, startaplar və yenilikçi bizneslər üçün əhəmiyyətli hesab edilir. Vençur fondları əsasən, öz sərmayələrini kiçik və orta miqyaslı şirkətlərə yönəldir. Çünki həmin şirkətlər ənənəvi bank kreditləri ilə maliyyələşdirilməkdə çətinlik çəkir, biznes modellərinə keçiddə risklərlə üzləşir. Vençur fondları bu riskləri öz üzərinə götürərək kiçik şirkətləri kapitalla təmin edir və maliyyə portfelində müəyyən paya sahib olmaqla dayanıqlılığını möhkəmləndirir.
ABŞ-da bu institutlar milli inkişafa və dayanıqlı iş yerlərinin təmin edilməsində də mühüm rol oynayır. Vençur şirkətləri tərəfindən ABŞ iqtisadiyyatında 15 milyon nəfərlik iş yeri yaradılıb, 4 trilyon dollar həcmində maliyyə vəsaiti formalaşıb. Eləcə də Asiya və Avropa regionlarında da vençur şirkətlərinin kapitalı əsasında iş yerlərinin açılması və gəlirlərin artması dinamikası yüksəlib. Vençur kapitalı robot texnologiyalarının, nou-hauların, yüksək inkişafa əsaslanan sənaye sahələrinin, İT və bulud texnologiyalarının və digər rəqəmsal təsisatların inkişafı üçün başlıca alət rolunu oynayır. Dünyanın ən böyük şirkətlərinin bir çoxu (“Alibaba”, “Alphabet”, “Apple”, “Amazon”, “Facebook”, “Microsoft”, “Tencent” və “Tesla” və s.) məhz vençur kapitalı maliyyə dəstəyi və məsləhətləri ilə fəaliyyətə başlayıb.
Vençur fondları vasitəsilə 15 milyon dollardan çox kapital formalaşıb
Bu baxımdan Azərbaycan bazarı üçün də vençur kapitalı xüsusi əhəmiyyəti daşıyır və vençur ideyası 2022-ci ildə ilk kapital fondunun yaradılması ilə nəticələnib. “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə “Caucasus Ventures” adlı vençur fondu təsis edilib. “Caucasus Ventures” ötən illər ərzində Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrinin startap sektoruna sərmayə yatırıb ki, bu da regional innovasiya mövqeyini təsdiqləyib.
Bunun ardınca vençur bazarı böyüməyə başlayıb və hazırda bu sektorda kifayət qədər potensial şirkətlər mövcuddur. Onların daha da böyüməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şəraitin təmin edilməsində, investisiya mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb, yerli və xarici startapların, investorların diqqətini cəlb edib. Ölkəmizdə indiyə qədər 30-dan çox startap vençur fondları vasitəsilə investisiya əldə edib və bunun genişləndirilməsi istiqamətində qurumlarla iş aparılır.
Azərbaycanda son illərdə yaradılmış müxtəlif vençur fondları vasitəsilə ümumilikdə 15 milyon dollardan çox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon dollardan çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldib. Dövlət və özəl sektorun vençur kapitalına marağının artması sayəsində ölkəmizdə texnologiya, rəqəmsallaşma və innovasiyanın inkişafında yeni mənbə açılıb. Vençur fondları, həmçinin ölkə iqtisadiyyatında yeni iş imkanlarının yaradılması, texnoloji innovasiyaların ixracı və beynəlxalq bazarlarda milli brendləşmədə vacib rol oynamaqdadır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30

