Dövlət Neft Fondu qlobal investora çevrilir
10.10.2025 [11:24]
Fond London Qatvik hava limanına 50 milyon funt sterlinq sərmayə yatırıb
Dövlət Neft Fondu (DNF) ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya yatırıb. Bu sərmayə DNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, fondun qlobal layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Fondun icraçı direktoru İsrafil Məmmədov qeyd edib ki, mövcud investisiya layihəsi dünyanın aparıcı tərəfdaşları ilə əməkdaşlığı çərçivəsində reallaşan investisiya strategiyasının bariz nümunəsidir. Qatvik hava limanı Avropanın əsas hava nəqliyyat qovşaqlarından biri olduğundan fondun yeni sərmayə planı qlobal və uzunmüddətli investisiya yanaşmasını əks etdirən etibarlı və perspektivli addım hesab edilə bilər. “Global Infrastructure Partners”in baş icraçı direktoru Adebayo Ogunlesi isə bildirib ki, Qatvik hava limanı kimi mühüm bir aktiv üzrə Azərbaycanın Neft Fondu ilə tərəfdaşlığın davam etdirilməsi həm investorlar, həm də cəmiyyət üçün uzunmüddətli dəyər və davamlı inkişafı təmin edəcək.
Beynəlxalq investorlar ailəsində etibarlı tərəfdaş
DNF-nin sərmayə portfelinə daxil olan yeni aktiv - Böyük Britaniyanın ikinci ən böyük hava limanı olan London Qatvik il ərzində 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasında yer alıb. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaq. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt sterlinq dəyərində töhfə verir.
2019-cu ildə “VINCI Airports” şirkəti Qatvik hava limanının 50,01 faizlik səhmlərini ABŞ-ın “Global Infrastructure Partners” korporasiyasından əldə edib. Yerdə qalan səhm paketi isə ABŞ şirkəti və Dövlət Neft Fondunun, digər beynəlxalq institusional investorların birgə idarəçiliyindədir.
Təmkinli sərmayə siyasəti gəlirliliyi artırır
Azərbaycanın milli suveren təsisatı olan Dövlət Neft Fondu qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. DNF hazırda 70 milyard dollara yaxın olan məcmu aktivlərinin əhəmiyyətli hissəsini uğurlu investisiya siyasəti çərçivəsində qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldir. Fondun 2024-cü ilin üçüncü rübünə olan dövrdə investisiya portfelinin 67 faizini ABŞ dolları təşkil edib. İnvestisiya portfelinin 20,3 faizini avro, 5,1 faizini funt sterlinq, 2,6 faizini Çin yuanı, 1,4 faizini Yaponiya yeni, 3,6 faizini isə digər valyutalar təşkil edib.
2024-cü ildə fondun səhm portfeli təxminən 16 milyard dollar təşkil edib ki, bu portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmləri, “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fondları, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Blackstone”, “Fondo Strategico Italiano”, “BC Partners”, “Carlyle Group”, “Vista Equity Partners”, “Thoma Bravo”, “Apollo Global Management”, “Warburg Pincus LLC”, “EQT” (“CVC Capital Partners”, “KKR & Co. Inc”, “Vitruvian Partners”, “Francisco Partners”, “Clayton, Dubilier & Rice”, “New Mountain Capital”, “Global Infrastructure Partners” və digər şirkətlərin investisiyaları daxildir. Neft Fondunun daşınmaz əmlak komplekslərində investisiyaların ümumi dəyəri ötən il 3,5 milyard dolları ötüb. Daşınmaz əmlak portfelinə “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares Management”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co”, “Brookfield” və digər korporasiyaların investisiyaları daxildir. Bütün bunlar Neft Fondunun daşınmaz əmlak bazarında qlobal oyunçu olmasını nümayiş etdirir.
“A2” reytinqi DNF-nin yüksək mövqeyini əks etdirir
Fondun investisiya reytinqi beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - “Moody’s” tərəfindən verilmiş “A2” kredit reytinqindən ibarətdir.
Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri artıq 15 milyard dolları ötüb. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Hazırda aktivlərinin həcmi 61,7 milyard dollar təşkil edən Dövlət Neft Fondu Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm təşkilat kimi yeni çağırışlar əsasında maliyyə-investisiya uğurlarını davam etdirməkdədir.
Bu baxımdan sərmayə siyasətinin yeni bir bəndi olan Qatvik hava limanına investisiya yatırımı fondun divident gəlirlərinə müsbət təkan verməklə yanaşı, beynəlxalq maliyyə holdinqləri sırasında nüfuzunu da artıracaq. Nəzərə alsaq ki, “BlackRock”un tərkibində fəaliyyət göstərən və 189 milyard dollardan artıq aktivləri idarə edən dünyanın aparıcı infrastruktur investorlarından biri olan “Global Infrastructure Partners” korporasiyası enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su təchizatı və tullantıların idarə olunması sahələrində böyükmiqyaslı və strateji əhəmiyyətli obyektlərin idarə olunmasında geniş təcrübəyə malikdir. Ona görə də, DNF-nin adıçəkilən qlobal investorla birgə əməkdaşlığı investorların kapitalını etibarlı şəkildə idarə etməyə, həm də fəaliyyət göstərdiyi regionlarda davamlı iqtisadi dəyər yaratmağa imkan verəcək. Yeni investisiya yatırımı uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirən DNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52

