Zəngəzur dəhlizində sona doğru
08.11.2025 [09:56]
Layihə üzrə avtomobil və dəmir yolunun çəkilişi növbəti ildə tamamlanacaq
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng infrastruktur quruculuğunda miqyasına və maliyyə tutumuna görə, mühüm yer tutan yol-nəqliyyat layihələrinin inşası sürətlə davam etdirilməkdədir. Ötən 5 ildə yol infrastrukturunun bərpası məqsədilə uzunluğu 3382,6 km təşkil edən 44 avtomobil yolunun 1076,1 km respublika əhəmiyyətli, 2306 km yerli əhəmiyyətli layihələndirilməsi və tikintisi işləri davam etdirilib. Həmin layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb. Onların sırasında 101 km olan “Zəfər Yolu”, 28,5 km uzunluğunda Tərtər-Suqovuşan-Talış avtomobil yolu, 22 km-lik Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu, 44,5 km-lik Bərdə-Ağdam avtomobil yolu, 61,4 km-lik Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan dövlət sərhədi avtomobil yolu kimi nəhəng layihələri qeyd etmək olar.
Avtomobil yolları tamamlanmaqdadır
Tikintisi 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulan 123,6 km uzunluğunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu,112 km-lik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd- İranla dövlət sərhədi yolu, habelə 81,7 km-lik Əhmədbəyli-Füzuli-Şuşa, 70,4 km-lik Xudafərin-Qubadlı-Laçın, 81,8 km-lik Toğana-Kəlbəcər-İstisu yollarının inşası qrafik üzrə aparılmaqdadır. Habelə, 45 tunel, 447 körpünün tikintisi işləri davam etdirilir.
Zəngəzur Dəhlizinin ən strateji nöqtəsi sayılan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşasının layihə detalları üzrə bütün əhəmiyyətli hissələri demək olar ki, başa çatmaqdadır. İndiyə qədər yol üzərində 8 yol qovşağı, 44 altkeçid, 5 üstkeçid və 314 müxtəlif diametrli mühəndis qurğusu tikilib. Digər infrastruktur hissələrinin inşasının gözlənildiyindən də tez yekunlaşması istisna olunmur. Bu yol ən müasir texnologiyalar üzrə inşa edilməklə, sürət və təhlükəsizlik baxımından bütün parametrlər nəzərə alınmaqdadır. Belə ki, eni 14-21 metrlik 1B texniki dərəcəsinə malik bu yolun torpaq yatağının eni 21,5-29,5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır. Bir sözlə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası, Azərbaycanın infrastruktur sahəsində atdığı mühüm addımlardan biridir.
Horadiz-Ağbənd dəmir yolu xətti də sürətlə inşa etdirilir
Dəhlizin dəmir yolu seqmentində də işlər sona doğru irəliləyir. Üç mərhələ üzrə icra edilən bu layihənin birinci mərhələsi (Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlı) tamamlanıb və dəmir yolu vasitəsilə Araz İqtisadi Sənaye Parkına yük daşınmasının həyata keçirilməsi təmin edilməkdədir. Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını birləşdirən ikinci mərhələ üzrə işlərin də böyük bir hissəsi yekunlaşıb. Bu istiqamət üzrə 771 metr uzunluğunda, 23 aşırımlı ən uzun dəmir yolu körpüsü tikilib. Tunellər və qoruyucu qalereyaları nəzrdə tutan üçüncü mərhələdə isə işlərin təxminən 70 faizi tamamlanıb. Ümumilikdə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 70 faizə yaxını yekunlaşıb. Yeni Avstriya üsulu ilə yerinə yetirilən işlər tunellərin görkəm və relyef baxımından strateji imkanlarını artırır, tunel boyunca ən müasir texniki təchizatların yaradılması gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsində də mühüm əhəmiyyət kəsb edir. Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən strateji keçidlərdən biri olan 771 metr uzunluğundakı 23 aşırımlı körpünün tikintisi dünyadakı ən müasir tikinti texnologiyaları ilə davam etdirilir və işlərin böyük bir hissəsi başa çatıb.
Həmin yol-nəqliyyat layihələrinin böyük bir qismi strateji əhəmiyyət daşımaqla regionun çoxşaxəli kommunikasiya zəncirini formalaşdırır, Orta -Zəngəzur Dəhlizinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Mincivan dəmir yolunun tikintisi irəliləyir
Zəngəzur dəhlizinin bir hissəsi kimi xüsusi əhəmiyyət daşıyan Mincivanda da işlək sürətlə davam etdirilir və zəruri infrastrukturlar, logistika təminatlarının gələn ildə tamamlanması nəzərdə tutulur. Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşən Mincivan böyük bir dəmir yolu şəbəkəsi ailəsinə qoşulmaqla region ölkələri, Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyacaq.
Zəngəzur dəhlizinin tikintisi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. İstər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, istərsə də Horadiz - Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, Türkiyə Avropaya yeni nəqliyyat marşrutunun işə düşməsini gerçəkləşdirəcək. Layihələrin tam başa çatmasından sonra Orta Dəhliz vasitəsilə illik 15 milyon ton əlavə yük daşınması mümkün olacaq. Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyi daha da güclənəcək.
“Tramp Marşrutu” rifah körpüsünə çevriləcək
Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünün ən strateji qovşağı - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) quruculuğu istiqamətində son bir ildə beynəlxalq təşəbbüslər əhəmiyyətli dərəcədə artıb. Ötən il Şərq-Qərb marşrutunun müəllifi olan Çinlə Azərbaycan arasında imzalanmış strateji müttəfiqlik sazişinin ən mühüm hədəflərindən biri Orta Dəhlizdə nəqliyyat-logistika qovşağının coğrafiyasını genişləndirmək, dəhliz üzərində yerləşən bütün istiqamətlərdə infrastrukturu yenidən qurmaq və modernləşdirməkdir. Hazırda azad ərazilərdə icra olunan yol-nəqliyyat layihələri həm də bu müttəfiqliyin tələblərindən irəli gələn baxışlara əsaslanır.
Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir, Şimal-Cənub nəqliyyat qovşağını da parlalel şəkildə bu qlobal kommunikasiyalara inteqrasiya edir. Bu reallıqlar Cənubi Qafqazda nəqliyyat xəritəsinin dəyişməsi fonunda dünyanın iqtisadi-siyasi güc mərkəzlərinin bölgəyə marağını daha da artırır. Beynəlxalq nəqliyyat-logistika və ticarət icması Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasına dəstəklərini artırır.
Azərbaycanın əhəmiyyətli geoiqtisadi və coğrafi mövqeyi TransXəzər-Qərb nəqliyyat habını da formalaşdırır və bu logiostika quruculuğu Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı və “Tramp Marşrutu”nun (TRIPP) ərsəyə gəlməsi də bu strateji baxışa söykənir. Bu kimi təşəbbüslərin artması, o cümlədən ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşün keçirilməsi Orta Dəhliz və müasir kommunikasiya quruculuğunda Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi kimi dəyərləndirilə bilər.
Azərbaycan Zəngəzuru inşa etməklə həm də Ermənistanı bölgənin iqtisadi rifah zəncirinə qoşmuş olur, üzləşdiyi kommunikasiya buxovundan azad edir. Artıq İrəvan hökuməti də bu gerçəkliyi qəbul edərək Azərbaycanın dayanmadan irəlilətdiyi logistika quruculuğunu dəstəkləməyə başlayıb.
Beləliklə, Azərbaycanın yeni nəqliyyat strategiyası və balanslaşdırılmış tranzit siyasəti regionda geniş logistika, sosial rifah və geniş həmrəylik, iqtisadi əməkdaşlıq formatını formalaşdırmaqdadır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41

