Regionda ilk Mərkəz
26.11.2025 [10:36]
Beynəlxalq statuslu Akselerasiya zonası Azərbaycanın innovasiya lideri kimi mövqeyini gücləndirəcək
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BTİ arasında əldə edilmiş strateji əməkdaşlıq çərçivəsində təsis edilən Mərkəz MDB regionunda ilk Akselerasiya zonası olmaqla, startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını təşviq edəcək. Mərkəz, eyni zamanda, rəqəmsal ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənmək yönündə yaradıcı ideyaları və biznes təşəbbüslərini dəstəkləyəcək.
BTİ Akselerasiya Mərkəzi sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir. Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivliyi və dayanıqlı inkişafı təşviq edir. İttifaq Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayır.
Azərbaycan Cənubi Qafqazdanəhəng rəqəmsal baza qurur
Azərbaycan Cənubi Qafqaz regionunda rəqəmsal lider olmaq üçün qlobal innovasiya liderləri ilə ambisiyalı layihələr icra edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində ilk dəfə ölkəmizdə qurulmuş nəhəng İT ekosistemi - TIER III səviyyəli, PCI DSS standartlarına cavab verən Data Mərkəzi də məhz Azərbaycanda yaradılıb. Data Mərkəzi son 10 ildə öz potensialını genişləndirərək isüni intellekt və robot fəaliyyətini təmin edən infrastruktur bazasına çevrilib və 250-dən çox quruma müxtəlif “bulud” xidmətləri göstərilir. Hazırda Azərbaycan iki yeni Data Mərkəzi inşa edir ki, 2027-ci ildə istifadəyə verilməzi gözlənilən həmin mərkəzlər regionda ən böyük rəqəmsal ekosistem olacaq. Həmin nəhəng rəqəmsal şəbəkə superkompüter və süni intellekt xidmətləri üçün informasiya və data sütunları kimi nəzərdə tutulub.
Bütün bu amillər Azərbaycanda robot və süni intellekt klasterlərinin yaradılması sahəsində bölgədə fiber-rəqəmsal habı formalaşdıracaq. Bu prosesdə isə sözsüz ki, Akselerasiya Mərkəzi milli hədəflərin bir koordinasiyası kimi texnoloji tərəqqiyə dəstək verəcək. Mərkəzdə startapların Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirakının təmin edilməsi isə süni zəka təmsilçilərimizin qlobal bazarlara çıxışını daha da sürətləndirəcək. Eyni zamanda, qabaqcıl dünya təcrübəsi ilə ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək. İRİA-nın sədri Fərid Osmanovun da vurğuladığı kimi Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq və texnoloji məhsul və xidmətlərdən əldə edilən milli gəlirin artmasına töhfə verəcək.
Hədəf innovasiya texnologiyalarının ÜDM-də payını 4,4 milyard dollara çatdırmaqdır
Rəqəmsal innovasiyalar, texnoloji məhsullar, o cümlədən robot və süni texnologiyalar hazırda qlobal ÜDM-in artmasına, inkişaf etmiş ölkələrin milli məhsul istehsalında əsas əlavə dəyər yaradan sahələrdən birinə çevrilməkdədir. Yaponiya və Çin iqtisadiyyatında yaranan əlavə dəyərin təxminən 1 faizə yaxını bu sektorun payına düşür. 2030-cu ilədək süni intellekt sahəsində Çinin gəliri təxminən 60 milyard dollar təşkil edəcək.
Bu baxımdan Azərbaycan da qlobal rəqəmsal çağırışlardan geri qalmamaq üçün özünün strateji konseptini müəyyən edir. Azərbaycan hökumətinin hazırladığı yeni rəqəmsal iqtisadiyyat strategiyasında da süni intellektin inkişafına dair hədəf prioritetləri nəzərdə tutulub. Yeni dövrdə qurulacaq ekosistem startap, inkubasiya və akselerasiya mərkəzləri, vençur və kraudfandinq institutları və s. texnoloji tutumlu sahələrə söykənəcək.
Azərbaycan da bu inkişaf əsrindən geri qalmaq istəmir, respublikamız 2040-cı ilə qədər iqtisadi artımın sürətləndirilməsində süni intellektin imkanlarından istifadə etməyi planlaşdırır və bu istiqamətdə beynəlxalq təşkilatlar və konsaltinq şirkətlərlə birgə layihələr icra etməyi düşünür. Qiymətləndirmələrə görə, Azərbaycan dilində generativ süni intellekt ölkə iqtisadiyyatına əlavə 4,4 milyard dollar gəlir gətirəcək. Bundan əlavə, böyük həcmli məlumatları generasiya edə biləcək rəqəmsal proqramın istifadəyə verilməsi bu potensialı daha da böyüdərək əlavə dəyərin həcmlərini də artıra bilər.
Beynəlxalq Telekommunikasiya İttifaqının müxtəlif ölkələrdə yaratdığı regional Akselerasiya Mərkəzlərinin əsas prinsiplərindən biri süni intellekt üzrə imkanların əlaqələndirilməsində tədris, təhsil, elm və iqtisadiyyat formulunun müasir vəhdətini formalaşdırmaqdır. Bu baxımdan Bakıda istifadəyə verilən Akselerasiya Mərkəzi bu sahədə vahid əməkdaşlığın transformasiyanı təmin edəcək, insan kapiatlına əsaslanan yeni innovativ kadr korpusunun yetişdirilməsini sürətləndirəcək.
Beləliklə, Akselerasiya Mərkəzinin fəaliyyəti sayəsində Azərbaycanın milli prioritetləri BTİ-nin qlobal missiyası ilə uzlaşdırılacaq, ölkəmizin regional innovasiya lideri kimi artan mövqeyini gücləndirəcək, regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

