Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nazir: Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır

Nazir: Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır

26.11.2025 [15:38]

Son illərdə regional qarşılıqlı əlaqədə dəmir yolu nəqliyyatının rolu əhəmiyyətli dərəcədə artıb.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ölkə tərəfdaşları ilə birlikdə ümumi nəqliyyat siyasətini inkişaf etdirir.

“İnfrastrukturun modernləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələrimizin daha dərin inteqrasiyasının əsas elementlərinə çevrilib. Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Biz davamlı olaraq dövlət tərəfdaşları ilə ümumi nəqliyyat siyasətini inkişaf etdirir, logistika zəncirimizin konkret qabiliyyətini gücləndirir və yeni marşrutlar yaradırıq”, - deyə nazir vurğulayıb.

Paylaş:
Baxılıb: 885 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30