“OPEC” və “OPEC+” anlaşdı
02.12.2025 [11:45]
Neft ixrac edən ölkələr qiymətlərin sabit saxlanılması barədə razılığa gəlib
Noyabrın 30-da Neft İxrac Edən Ölkələrin Təşkilatına (“OPEC”) üzv və qeyri-üzv ölkələrin (“OPEC+”) nazirlərinin 40-cı iclası keçirilib. Tədbirdə qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb.
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun təmsil olunduğu iclasda tərəfdaş ölkələr dünya bazarında baş verən son fraqmentasiyalar, geosiyasi mürəkkəbliklər, neft istehlakında dəyişmələr, ABŞ-ın sərt ticarət tətbiqləri və digər amillərin neft bazarına təsiredici rol oynadığını istisna etməyib. OPEC-in baş katibi Haysam əl-Qaysın qənaətinə görə, 2025-ci ilin əvvəlindən formalaşan qlobal iqtisadi meyillər dünya üzrə xammal bazarlarına da təsirsiz qalmayıb, il ərzində əmtəə qiymətlərində enmə tendensiyası müşahidə olunub. Bu situasiyaların növbəti ildə də davam edəcəyi istisna olunmur.
Dünya iqtisadiyyatında zəifləmə neftə tələbi azaldır
Qeyd edək ki, son aylarda qlobal bazarlarda xam neftə olan tələb azalmaqda davam edir. Buna müxtəlif ölkələrdə iqtisadi fəallığın azalması, o cümlədən ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng istehlakçısı olan Çində gözləniləndən daha az xam neft tələbinin qeydə alınması, bərpa olunan enerjiyə keçidin sürətlnməsi də digər faktorlar təsir göstərməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə görə, Avropa ölkələrində, o cümlədən əsas iqtisadi güc olan Almaniyada neft tələbi sutkada 100 min barelə yaxın azalıb, ABŞ-da istehsal fəaliyyəti cari ilin ötən aylarında ardıcıl olaraq aşağı düşüb. Bu tendensiyasnın 2025-cü ilin son ayında və növbəti ilin ilk rübündə də davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun və qlobal enerji agentliklərinin proqnozlarına görə, dünya iqtisadiyyatında yavaşlama tələbin azalmasını təşviq edəcək. Bu isə orta qiymət əmsalının 60-62 dollar çərçivəsində qalmasına səbəb olacaq. Ancaq bu qiymət dəhlizi “OPEC+” ölkələri üçün qanedici hesab edilmir.
İclasda son aylarda qlobal bazarlarda baş verən tendensiyaların və siyasi amillərin də qiymətlərə təsir imkanları istisna edilməyib. Vurğulanıb ki, ABŞ-ın Rusiyanın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiya qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olmadı. Bunun səbəbi 8 ölkənin (Səudiyyə Ərəbistanı, BƏƏ, Qazaxıstanın, Rusiyanın, Küveyt, Əlcəzair, Oman və İraq) sutkalıq hasilatı artıraraq 2,9 milyon barela çatdırmasıdır. Tərəflər hazırda dünya bazarında sutkada 100 milyon barel neft satışını da normal qarşılayaraq bu çərçivənin qiymətlərin dayanıqlılığı üçün normal hədd olduğunu hesab edir.
70 dollar neft ixrac edən ölkələri qane edir
Bu meyilləri nəzərə alan “OPEC+” və “OPEC” üzvləri bazardakı nəql kvotasını nəzarətdə saxlamağı məqsədəuyğun saymır. Kartel ölkələrinin enerji analitiklər hesab edirlər ki, dünya iqtisadiyyatında cüzi artım faizinə və sənayenin artma tələbatına uyğun neft tədarükün cəlb edilməsi vacibdir.
Ümumilikdə, “OPEC” ölkələri qlobal bazar üçün optimal qiymətin indiki şəraitdə 70 dollar olmasını sərfəli hesab edir. Kartel ölkələri hesab edir ki, dünya bazarında neftin qiyməti təbii olaraq deyil, süni yollarla da dəyişdirilir. Belə ki, ucuzlaşma hasilatın artırılması, nəqliyyat xərclərinin artması və s. amillərlə bağlı deyil, bazara süni müdaxilələr olur ki, bu da təchizatçıların planlaşdırmasını pozur.
Buna görə də, “OPEC” ölkələri də təşkilatın qeyri-üzv təmsilçilərinin fikirlərini dəstəkləyərək dünya bazarında neftin qiymətində eniş tendensiyasını nəzərə alam kartel ölkələri hasilatın sabit saxlanması və təmkinli nəql siyasəti yürütməyi məqsəduyğun hesab edib. Belə ki, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman sabit qlobal iqtisadi mənzərə və aşağı ehtiyatlarda əks olunan sağlam neft bazarı əsasında sabitliyə sadiq olduqlarını təsdiqləyib.
“OPEC” Katibliyi strateji plan hazırlayacaq
İclasın yekununda “OPEC” və “OPEC+” ölkələri Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq sabit neft bazarına nail olmaq və onu saxlamaq üçün davamlı öhdəlikləri dəstəkləmək qərarına gəlib. Əldə edilmiş birgə anlaşmaya əsasən, gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi təsdiqlənib. İştirakçılar 2026-cı ilin yanvar-mart aylarında hasilat artımını dayandırmaqla yanaşı, 2025-ci ilin dekabr ayı üçün gündəlik 137 min barel kollektiv artımın həyata keçirilməsi ilə bağlı birgə niyyətlərini ifadə edib. Qeyd edilib ki, birgə kommunike hasilatın sabit səviyyədə saxlanılmasına nail olmaqla, qiymətlərin orta dəhlizini təmin edəcək. OPEC Nazirləri Monitorinq Komitəsi iştirakçı ölkələrin davamlı səylərini yüksək qiymətləndirərək, kollektiv qərarlara ciddi riayət edilməsinin qlobal neft bazarında sabitliyinin qorunmasında həlledici amil olacağını bəyan edib.
Həmçinin, “OPEC” və “OPEC+” ölkələri ümumi xam neft hasilatının səviyyəsini nəzarətdə saxlamaq və bazar konyukturasına uyğun davamlı qərarlar qəbul etməyi razılaşdırıb. Bazar ssenarilərini izləyərək nəql imkanları ilə bağlı təcili qərarlar ermək üçün Nazirlərin Birgə Monitorinq Komitəsinin mandatına uyğun olaraq iki aydan bir iclas keçirməsi barədə də anlaşma əldə edilib. Həmçinin, 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. “OPEC” Katibliyinə isə imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün strateji plan hazırlamaq tapşırılıb...
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32

