Kiçik və orta biznesin ÜDM-də payı artır
20.12.2025 [11:42]
KOB-ların dövriyyəsi 48 milyard manatı ötüb
Azərbaycan iqtisadiyyatında tədricən öz yerini tutmağa çalışan və milli iqtisadi inkişafa töhfələr verən kiçik və orta biznes (KOB) sinfi qeyri-neft sektorunun aparıcı qüvvəsinə çevrilməkdədir. KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. KOB-ların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. İqtisadi fəallığını və potensialını artıran KOB icması ümumi gəlir portfelini də möhkəmləndirir. 2024-cü ildə onların dövriyyəsi 48 milyard manatı ötüb ki, bu son illərdə ən böyük artım dinamikası deməkdir.
Qlobal İnnovasiya İndeksində milli sahibkarların reytinqi yüksəlib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədovun sözlərinə görə, 2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74 faiz artaraq 424 minə çatıb. KOB-lar tərəfindən yaradılan əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib. Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft dövriyyəsinin 37 faizini təşkil edib. Hazırda KOB-ların qeyri-neft ÜDM-də payı 30 faizdən çoxdur, eləcə də kiçik və orta sahibkarların mili ixracda da rolu və payı artmaqdadır.
KOB-ların beynəlxalq reytinqlərdə də mövqeyi yüksək dəyərini almaqdadır. 2025-ci ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan “Sahibkarlıq siyasəti və mədəniyyəti” göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib.
“Startap” şəhadətnaməsi rəqəmsal uğuru təmin edir
KOB-ların son illərdə vergi potensialı da ənəmiyyətli dərəcədə möhkəmləndirib və ölkənin vergi portfelində öz payını artırmağa başlayıb. Vaxtilə hökumətin bu biznes icmasına xüsusi iqtisadi güzəşt paketləri və təşviqedici stimullar verməsi, eləcə də vergi güzəşt və azadolmaları ilə əhatə etməsi artıq öz səmərəsini göstərir və KOB ailəsi vergi ödənişlərində əvvəlki illərə nisbətən daha fəal yer tutmaqdadır. 2024-cü ildə kiçik və orta biznes subyektləri tərəfindən büdcəyə ödənilmiş vergilərin ümumi həcmi 3 milyard manatı ötüb ki, bu da son 5 ildə 2 dəfəyə yaxın artım deməkdir.
KOB subyektləri rəqəmsallaşma sahəsində də ardıcıl addımlar atılır, e-KOB evi platforması istifadəyə verilib ki, bu da sahibkarlara biznesin planlaşdırılmasından inkişaf mərhələsinədək geniş elektron xidmətlər təqdim etməsini asanlaşdırır. Bir çox dövlət xidmətinin bu platformaya inteqrasiyası istiqamətində işlər davam etdirilir ki, bu da regionlarda fəaliyyət göstərən sahibkarların inkişafı əlavə imkanlar açacaq.
KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsində ən mühüm amillərdən biri “Startap” şəhadətnaməsi ilə əhatə olunmasıdır. 2025-ci ilin birinci yarısında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edib ki, Ekspertlər Şurası 27 biznes təmsilçisinin “Startap” şəhadətnaməsi ilə təmin edilməsinə razılıq verib. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir. Ümumilikdə isə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
Azad ərazilərdə KOB-ların fəallığı
Azad ərazilərdə də kiçik və orta biznes sinfinin fəallığı artmaqdadır. Qarabağda biznes qurmaq üçün 3500-dən çox yerli sahibkar KOBİA-ya müraciət edib ki, bu da KOB-un marağının göstəricisidir. KOBİA bu ərazilərdə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə informasiya və məsləhət xidməti göstərir, biznes planların hazırlanmasına dəstək verir.
2023-cü ildən KOBİA və tərəfdaşların birgə icra edilən “Qarabağ KOB-ları” layihəsi çərçivəsində yüzlərlə biznes təmsilçisi müxtəlif işlərə cəlb olunub. Onların bir qismi biznes təlimlərini uğurla başa vuraraq, seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfində lazımi avadanlıqlarla təmin ediliblər. Layihənin məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Ümumilikdə, KOBİA işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq, sahibkarlıq fəaliyyətini genişləndirmək və bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici biznes subyektlərinə çoxistiqamətli dəstək göstərir. Agentliyin Zəngilan rayonunun Ağalı kəndində, Laçın, Kəlbəcər və Füzuli rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi yaradılıb. Hazırda Qarabağ bölgəsində KOB Dostu şəbəkəsinin sayı 5-ə çatıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

