8 illik xidmət...
30.12.2025 [10:58]
Xeyli sayda sahibkarın hüquqları bərpa edilib
Mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından 8 il ötür. Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.
Sahibkarlara 1,4 milyondan çox xidmət göstərilib
Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək.
64 min 800 sahibkara 5200 təlim keçirilib
Sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10 minə qədər məsləhət xidməti göstərilib, 64 min 800 sahibkara 5200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərinin olduğu video təlim platformasından ötən müddətdə 2200-dən artıq sahibkar faydalanıb.
Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi sahibkarların dövlət və özəl qurumlarla effektiv əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.
KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirilib.
KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm istiqamətidir və ötən 8 ildə bu sahədə xeyli sayda sahibkarın hüquqları bərpa edilib. KOBİA “Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar” üzrə beynəlxalq ISO sertifikatı əldə edib.
KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara geniş çeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət göstərəcək.
Sahibkarlıq subyektlərinin 99,7 faizini KOB subyektləri təşkil edir
KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27 yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə 6 birgə biznes şurası yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək 15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi”nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş qoşulub.
Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-2024-cü illərdə KOB-ların sayı 74 faizə yaxın artaraq 424 mini ötüb. Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7 faizini KOB subyektləri təşkil edir. 2018-2024-cü illərdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 21,1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı 13,4 faizdən 18,5 faizə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı 47,6 faiz artaraq 417 min 800 nəfəri keçib. KOB-ların dövriyyəsi 2019-2024-cü illərdə 54,5 faiz artaraq 48 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4 faizni təşkil edir.
Qarşıdakı illərdə KOB-lara göstərilən dəstək və xidmətlərin təkmilləşdirilməsi, effektivliyinin artırılması və sahibkarlar üçün daha əlçatan olması üzrə işlər davam etdiriləcək. Eyni zamanda, biznesin ehtiyacına uyğun yeni dəstək mexanizmlərinin tətbiqi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl keçidinə dəstək, dayanıqlı biznes modellərin təşviqi KOBİA-nın fəaliyyətinin prioritetləri sırasında olacaq.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

