Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İki ayda 59 minədək mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

18.03.2026 [20:32]

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən cari ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 min 996 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 10 min 448-i (17,7 faiz) ilkin, 48 min 548-i (82,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Yanvar-fevral ayları ərzində fərdi yaşayış və bağ evi üzərində 12 min 704, mənzil 13 min 865, torpaq sahəsi 30 min 313, qeyri-yaşayış binası 561, qeyri-yaşayış sahəsi 1452, əmlak kompleksi 85 və çoxmərtəbəli yaşayış binaları üzərində 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 min 604-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-fevral ayları ərzində 41 min 323 texniki pasport tərtib edilib, 10 min 4 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30