Orta aylıq əməkhaqqı artıb
20.03.2026 [12:37]
Mədənçıxarma sənayesində orta maaş 3787 manat təşkil edib
2026-cı il fevralın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1782 min nəfər olmuş, onlardan 861,4 min nəfəri dövlət sektorunda, 920,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu dövrdə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artaraq 1103,8 manat təşkil edib. Ölkədə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb, bu sektorda orta maaş 3787 manat təşkil edib. Maliyyə və sığorta fəaliyyəti sahəsində isə orta aylıq əməkhaqqı 2872, informasiya və rabitə sektorunda 1929, peşə və elm sahəsində 1770, nəqliyyat və anbar təsərrüfatında 1546, dövlət idaretməsi, müdafiə və sosial bölmələrində 1434, tikintidə 1236, xidmət sahələrində 1220, elektrik enerjisi, qaz təsərrüfatında 1168 manat olub. Ən aşağı orta maaş kənd və meşə təsərrüfatı, balıqçılıq sahələrində qeydə alınıb - 687 manat.
İşsizlik səviyyəsi 5,2 faiz olub
2026-cı il martın 1-i vəziyyətinə olan dövrdə ölkədə iqtisadi fəal əhalinin sayı isə 5 milyon 385 min nəfərə çatıb. Onların 5 milyon 105,9 mindən çoxunu məşğul əhali təşkil edib ki, bu da əmək bazarında aktivliyin yüksək səviyyədə qaldığını göstərir.
İlkin məlumatlarda işsizlik səviyyəsi 5,2 faizdə qalıb ki, bu da təqribən 6 aylıq sabit dinamikadır. Məşğulluq orqanlarında qeydə alınan işsizlıərin sayı 279,8 min nəfər olub. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 460 manatdan artıq olub.
Məşğulluğun strukturu göstərir ki, işçilərin əhəmiyyətli hissəsi xidmət sahələrində fəaliyyət göstərir. Ən böyük pay ticarət və nəqliyyat vasitələrinin təmiri, təhsil və səhiyyə sektorlarının üzərinə düşür. Bununla yanaşı, istehsal sahələri, o cümlədən emal sənayesi və tikinti də məşğulluqda nəzərəçarpacaq yer tutur.
Ölkədə əmək bazarının leqallaşdırılması tədbirləri sayəsində əmək müqavilələrinin sayında da artım qeydə alınıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əmək müqavilələrinin sayı özəl sektorda 48 min artaraq 1 milyard 034 minə, ümumilikdə isə 1 milyon 895 min nəfərə çatıb. Ümumilikdə, son 7 ildə əmək bazarının leqallaşdırılması və fəaliyyət sahələrində, biznes sektorunda işçi sayının şəffaflaşması prosesləri nəticəsində 493.463 vahid əmək müqaviləsinin rəsmiləşdirilməsi təmin edilib. Həmin göstəricinin 491 mini qeyri-neft sektorunun özəl bölməsini əhatə edir. Əmək bazarında şəffaflaşdırma və ya “ağarma” sayəsində isə əməkhaqqı fondunun böyüməsi davam edib, sosial sığorta haqları üzrə daxilolmalar yüksəlib. Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olmaqla proqnozdan əlavə 20,8 milyon manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.
Əhalinin gəlirləri artıb, inflyasiya sabit qalıb
Cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 12 milyard 573,8 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlir ayda orta hesabla 612,5 manat olub.
2026-cı ilin fevral ayında istehlak qiymətləri indeksi isə 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb. 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib. Nəticədə son bir ildə inflyasiya hökumətin hədəflədiyi proqnoza uyğun olub və sabit çərçivədə qalıb.
Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb. Qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb, digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artıb. Bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymət artımı isə əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil edib.
Yeri gəlmişkən, 2026-cı ilin yanvar-fevral aylarında əhali tərəfindən pərakəndə ticarət şəbəkəsində 10,1 milyard manat pul xərclənib ki, onun 5,5 milyard manatı ərzaq məhsullarına, içki və tütün məmulatlarına sərf edilib. 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə vətəndaşlar real ifadədə ərzağa 1,2 faiz çox pul xərcləyib. Bu dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda xərclədiyi vəsaitin məbləği 491,5 manat olub.
İqtisadiyyata yatırılan xarici investisiyalar çoxalıb
2026-cı ilin yanvar-fevral aylarında bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 2 milyard 436,4 milyon manat investisiya yönəldilib. Sektorlar üzrə investisiyaların həcmində qeyri-neft-qaz bölməsi əsas yer tutur, bu sektoru 1 milyard 483,8 milyon manat kapital yatırılıb. Neft-qaz sektoruna isə yönəldilən sərmayələrin həcmi 952,6 milyon manat təşkil edib. Xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 652,9 milyon manat investisiya yatırılıb ki, bu da bir il əvvəlki göstəricidən 15,1 faiz çoxdur. Xarici investisiya qoyuluşlarında Böyük Britaniya, Türkiyə, Rusiya, ABŞ və İsveçrə ilk beşlikdə dayanır. Sonrakı yerklərdə Yaponiya, İran, Macarıstan, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan durur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12

