Dünyanın qida sənayesi istehsalçıları Bakıya toplaşır
22.05.2014 [08:56]
Bu gün öz işinə başlayan XX Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində 36 ölkədən 242 şirkət iştirak edir
“Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, ölkənin qida sənayesində də ilbəil ciddi irəliləyişlər əldə edilir. Bu, hər şeydən əvvəl, Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar, eləcə də, Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına, eləcə də, sahibkarlara göstərdiyi diqqət və qayğının nəticəsidir. Məhz bu səbəbdəndir ki, hər il ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi dünyanın aparıcı istehsalçı şirkətləri tərəfindən diqqətlə izlənilir və onlar öz təcrübələrini bölüşmək üçün görüş yerlərini Bakıya təyin edirlər”.
Bu fikirlər bu gün Bakıda öz işinə başlayan XX Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan- 2014) sərgisi təşkilatçılarının ötən gün keçirdikləri mətbuat konfransında səsləndirilib.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, Azərbaycan tarixən aqrar ölkə olub. Hələ keçmiş SSRİ dövründə respublikamız kənd təsərrüfatı sahəsində ittifaq miqyasında aparıcı yerlərdən birini tutub. 1969-82-ci illərdə Azərbaycan kənd təsərrüfatı sahəsində rekord göstəricilər əldə edib. “Lakin ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələrdən sonra ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahədə də tənəzzül baş verdi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sektorunda da canlanma baş verdi, aqrar sahə dinamik inkişaf etməyə başladı. Ulu öndərimizin siyasətini davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə kənd təsərrüfatı sektorunda yüksək nəticələr əldə olunmaqdadır. İndi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları artıq dünya bazarlarına ixrac olunur. Hesab edirəm ki, Bakıda öz işinə başlayan “WorldFood Azerbaijan”- 2014 sərgisi yerli şirkətlərimiz üçün də faydalı olacaq və ölkəmizdə istehsal olunan məhsulların beynəlxalq bazarlara çıxışına müsbət təsirini göstərəcəkdir”.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədovun sözlərinə görə, daxili potensial imkanları, ölkədəki iqtisadi inkişaf, sahibkarlara yaradılan münbit şərait həmişə xarici sərmayədarların maraq dairəsində olub, respublikamızla əməkdaşlıq etməyə, ölkə iqtisadiyyatına sərmayə yatırmağa təşfiq edib, onları Azərbaycana gəlməyə tələsdirib. Odur ki, hər il keçirilən analoji sərgilərdən sonra ölkəmizə gələn, burada istehsal müəssisələri yaradan xarici şirkətlərin sayı ilbəil çoxalır. Bu, eyni zamanda, hər il Bakıda keçirilən regionun ən böyük sərgisi- “WorldFood Azerbaijan” sərgisinə qatılan şirkətlərin sayında da özünü göstərir. Belə ki, bu il, ötən illə müqayisədə sərgiyə qatılan şirkətlərin sayı xeyli artıb.
Builki sərgidə 36 ölkə, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 242 şirkət iştirak edir. F.Məmmədov qeyd edib ki, hər il keçirilən bu tədbir “WorldFood Azerbaijan” sərgisini Azərbaycan bazarında yeni məhsulların təqdimatı üçün bir platforma kimi istifadə edən onlarla yeni şirkəti özünə cəlb edir. Məhz bu səbəbdən də builki sərgidə, eksponentlərin ümumi sayının 45 faizini debütantlar təşkil edirlər.
Qeyd olunub ki, “WorldFood Azerbaijan - 2014” sərgisi bir neçə tematik ekspozisiyalara bölünüb. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, un məmulatları, meyvə və tərəvəzlər, uşaq və pəhriz yeməkləri, tütün məmulatları, bal və digər ənənəvi bölmələr təqdim olunur. Sərgidə, həmçinin, Bərdə, Qəbələ, Salyan, eləcə də Azərbaycanın digər bölgələrində istehsal olunan qida məhsullarının çeşidləri təqdim olunacaq.
“WorldFood Azerbaijan-2014” sərgisi çərçivəsində, həmçinin, müxtəlif şirkətlərin təqdimat mərasimləri ,seminarlar da keçiriləcək.
Qeyd edək ki, “WorldFood Azerbaijan 2014”sərgisinə paralel olaraq, eyni məkanda, VIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“AgriHort Azerbaijan”), eləcə də III Xəzər Beynəlxalq Plastik Kütlələr, Qablaşdırma, Tara, Etiket və Poliqrafiya (“IPACK Caspian”) sərgiləri də keçiriləcəkdir.
Üç gün davam edəcək sərgilərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) rəsmi olaraq dəstək verir.
Tədbirin təşkilatçıları sərginin regionun qida sənayesi şirkətləri və mütəxəssisləri üçün vacib biznes-forum olmaqla yanaşı, sərgiyə qatılan şirkətlər arasında mövcud əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin qurulması üçün faydalı olacağına əmindirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44

