/ / Azərbaycan “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulub
Azərbaycan “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulub
27.05.2014 [09:30]
Mayın 22-23-də vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransada işgüzar səfərdə olub. Səfər çərçivəsində vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Parisdə yerləşən mənzil-qərargahında baş katib Anxel Qurria ilə görüşüb. Görüşdən əvvəl Azərbaycanla İƏİT arasında “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya edilmiş dəyişikliklərə qoşulması haqqında protokol imzalanıb. Sənədi vergilər naziri Fazil Məmmədov və baş katib Anxel Qurria imzalayıblar.
Sonra İƏİT ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi arasında əlaqələri daha da genişləndirmək barədə geniş tərkibdə müzakirələr aparılıb. A.Qurria rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafını müsbət qiymətləndirdiyini ifadə edib, Azərbaycan Respublikasının konvensiyaya edilmiş dəyişikliklərə dair protokola qoşulmasını mühüm hadisə adlandırıb, bu mənada ölkə rəhbərliyinin göstərdiyi siyasi iradəni həlledici amil kimi dəyərləndirərək bu faktın Azərbaycanın vergi sisteminin şəffaflığının göstəricisi olduğunu bildirib.
O, İƏİT baş katibinin müavini İv Letermin Azərbaycanda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər forumunda iştirakı zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq, həmin görüşdə konkret sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin İƏİT ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıraraq Vergilər Nazirliyinin əməkdaşlarının İƏİT-in keçirdiyi tədbirlərdə yaxından iştirak etdiyini bildirib.
Vergilər naziri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş layihəsinin müzakirələrinin davam etdiyini diqqətə çatdırıb. A.Qurria bunun gələcək əməkdaşlıq üçün əla bir proqram olacağını bildirib. Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri ətraflı müzakirə olunub. F.Məmmədov A.Qurrianı Azərbaycana səfərə dəvət edib.
Nazir F.Məmmədov səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Fransanın büdcəyə məsul dövlət katibi cənab Kristian Ekerlə görüşdə azərbaycanlı iş adamlarına Fransada və fransalı investorlara ölkəmizdə əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olub. Nazir K.Eker ölkəsinin bu sahədə hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib.
Vergilər naziri Fazil Məmmədov Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın çox sürətlə inkişaf etdiyi, ölkəmizdəki vergi sistemi və burada aparılan islahatlar barədə ətraflı məlumat verib. Azərbaycanın vergi sistemindəki qabaqcıl və müsbət təcrübələrdən bəhs edən F.Məmmədov bu sahədə vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən, ƏDV depozit hesabı və digər həyata keçirilmiş layihələrdən danışıb.
Nazir hər iki tərəf üçün xüsusi maraq doğuran Avropa İttifaqının Azərbaycana yardımı çərçivəsində yeni tvinninq layihəsinin həyata keçirildiyini vurğulayıb, bu layihə ilə bağlı elan olunan tenderdə birgə çıxış edən Fransanın və İspaniyanın vergi administrasiyasının qalib gəldiyini bildirib. Azərbaycanın vergi administrasiyası üçün kadr potensialının inkişafında Fransanın dəstəyinin vacibliyini vurğulayan F.Məmmədov bu məsələnin ölkəmiz üçün çox önəmli olduğunu diqqətə çatdırıb. Fransanın vergi orqanlarının elektron audit sahəsində müsbət təcrübələrinin olduğunu vurğulayan nazir, Azərbaycanın vergi orqanlarında çalışan əməkdaşların Fransada uzunmüddətli təcrübə keçməsi təklifini irəli sürüb.
Fransalı nazir bu təklifi məmnuniyyətlə qəbul edərək, məsələ ilə bağlı dərhal baş direktora xüsusi tapşırıq verəcəyini, tvinninq layihəsini həyata keçirməkdə Azərbaycana hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib.
Azərbaycan qanunvericiliyində bank məlumatlarının mübadiləsi və şəffaflığın təmin edilməsi sahəsində artıq müvafiq dəyişikliklər edildiyini bildirən vergilər naziri səfər çərçivəsində bank məlumatlarının mübadiləsi ilə bağlı Strasburq Konvensiyasına edilmiş dəyişiklikləri özündə əks etdirən Protokolun imzalanacağını da diqqətə çatdırıb.
Fransalı nazir bu xəbəri böyük məmnuniyyətlə qarşılayıb, digər ölkələrin də Azərbaycanın yolu ilə gedərək bu mühüm sənədi imzalamaqla vergi orqanları arasında məlumat, o cümlədən, bank məlumatları mübadiləsinin daha da genişləndiriləcəyini, öz növbəsində bunun vergi daxilolmalarının artmasına və vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına müsbət təsir göstərəcəyini bildirib.
Görüşün sonunda F.Məmmədov Fransanın büdcə nazirini ölkəmizə səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

