/ / Qabaqcıl texnologiyalar əsasında qurulan yeni sənaye müəssisələri geniş ixrac imkanlarına malikdir
Qabaqcıl texnologiyalar əsasında qurulan yeni sənaye müəssisələri geniş ixrac imkanlarına malikdir
18.07.2014 [09:52]
İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü ilə iyulun 17-də bir qrup media işçisinin paytaxtın Xəzər və Suraxanı rayonlarında yerləşən sənaye müəssisələrinə infoturu təşkil edilib.
AzərTAc xəbər verir ki, ölkəmizin sənaye potensialı və yeni yaradılan müəssisələrlə tanışlıq məqsədilə keçirilən infotur zamanı media işçiləri əvvəlcə “Titan Grup” Sənaye Şirkətlər Birliyində olublar. Məlumat verilib ki, şirkət 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. İlk vaxtlar restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx, sənaye tipli isidici və soyuducu avadanlıqlar istehsalı ilə məşğul olub. Daha sonra isə irihəcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi və istehsalını həyata keçirməyə başlayıb.
Bu il Binə qəsəbəsində “Titan Grup”un ümumi dəyəri 20 milyon manat olan qida sənayesi avadanlıqları istehsal edəcək yeni zavodu fəaliyyətə başlayacaq. Layihəyə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat həcmində güzəştli kredit ayrılıb. Artıq zavodda tikinti-quraşdırma işləri başa çatıb. Hazırda İtaliya istehsalı olan ən müasir texnologiyanın quraşdırıldığı zavodda istilik, qənnadı, camaşırxana avadanlıqları, paylama xətləri, mətbəx ləvazimatları, dolablar istehsal olunacaq.
Zavodun perspektivləri barədə məlumat verən Birliyin vitse-prezidenti Zemfira İsmayılova deyib ki, ilin sonunadək xaricdən avadanlıqlar gətirilərək digər emal sahələri də işə salınacaq. Müəssisə tam gücü ilə işlədikdə ölkənin bu məhsullara olan tələbatının 60-70 faizini ödəyə biləcək. Gələcəkdə məhsulların xarici bazarlara çıxarılması da planlaşdırılır. Ümumiyyətlə zavodda 200-dək iş yerinin açılması gözlənilir.
Daha sonra KİV nümayəndələri “ATEF Şirkətlər Qrupu” MMC-nin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, müəssisə 1961-ci ildə yaradılmış Bakı Transformator Zavodunun bazasında qurulub. Hazırda şirkətlər qrupuna elektrik avadanlıqları istehsalı ilə məşğul olan “ATEF Elektromaş”, “ATEF Transformator” və “İri qabaritli transformator” zavodları, həmçinin metalkonstruksiya zavodu daxildir. Bu zavodlarda geniş çeşiddə elektrik avadanlıqları, o cümlədən yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metal konstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Həmin məhsullar Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə ixrac edilir. Burada Almaniya, Türkiyə, İsveçrə və digər ölkələrin avadanlıqları quraşdırılıb və 1200 nəfər işlə təmin olunub.
“İri qabaritli transformator” zavodunun direktoru Eldar Abbasov jurnalistlərə məlumat verib ki, ilin sonunadək müəssisənin tam gücü ilə işləməsi təmin olunacaq. Hazırda xarici ölkələrdə yerli mütəxəssislər hazırlanır. Zavodda gücü 630 kVA-dan 500 MVA-dək olan 120-450 tonluq transformatorlar da istehsal ediləcək.
“MDB məkanında bu gücdə və qabaritdə transformator istehsal edən ikinci zavod yoxdur. Bizim transformatorlardan “Bakı-Tbilisi-Qars” dəmiryol xəttində də istifadə ediləcək. Bəzi xarici ölkələr zavodun məhsullarına indidən böyük maraq göstərirlər”, - deyə E.Abbasov vurğulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
“Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər sənaye müəssisələrinə də infoturların təşkili nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

