/ / Vergilər Nazirliyi əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasında vergi ödəyicilərinə yardım edir
Vergilər Nazirliyi əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasında vergi ödəyicilərinə yardım edir
14.08.2014 [09:31]
Məlum olduğu kimi, Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifəsi kimi müəyyən edilib.
Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün “ASAN imza” - mobil elektron imzadan istifadə edilir. “ASAN imza” vasitəsilə işəgötürənlərin səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların elektron informasiya sisteminə daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkəmizdə əmək müqavilələrinin qeydiyyatında elektron sistemin tətbiqi 2014-cü ilin iyulundan başlanıb. Və göstərilən istiqamətdə Vergilər Nazirliyinin üzərinə də müəyyən vəzifələr düşür. Belə ki, Əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsində çətinlik çəkən vergi ödəyiciləri Vergilər Nazirliyinin xidmət mərkəzlərinə müraciət edərək, heç bir ödəniş etmədən lazımi yardımı ala bilərlər.
Yeri gəlmişkən, hazırda Vergilər Nazirliyi İşəgötürənlərə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş elektron imza - o cümlədən ASAN imza vasitəsilə daxil edilməsinin mümkünlüyünün izah edilməsi ilə geniş məlumatlandırma kampaniyası aparır, işəgötürənlər SMS vasitəsi ilə məlumatlandırılır.
Xatırladırıq ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, işçilərlə əmək müqavilələri bağlamayan fiziki şəxslər 1-3 min manat, vəzifəli şəxslər 3-5 min manat, hüquqi şəxslər isə 20-25 min manat həcmində cərimələnirlər. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda (10 nəfər və daha çox) işçilərin hər hansı işlərə yerinə yetirilməsinə cəlb edilməsi isə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Sonda bildirək ki, Vergilər Nazirliyi vergi ödəyicilərini ödənişsiz qaydada əmək müqavilələrinin elektron informasiya sisteminə daxil edilməsi üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyə dəvət edir.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49

