Dünya Bankı Azərbaycana maliyyə və texniki dəstək göstərməkdə davam edəcək
05.11.2014 [10:02]
İndiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 milyard dollar kredit ayrılıb. Hazırda nəqliyyat, su təchizatı və kanalizasiya, sosial sahələrdə 18 layihə icra olunur. Bank Azərbaycana maliyyə və texniki dəstək göstərməkdə davam edəcək.
Noyabrın 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Takın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Azərbaycanla bank arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
Nazirlikdən AzərTAc-a verilən məlumata görə, Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən nazir hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı Sənaye Parkı və parkın rezidentləri üçün tətbiq olunan güzəştlər barədə məlumat verən Ş.Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bildirib.
L.Tak Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, bu nüfuzlu maliyyə institutunun ölkəmizdə reallaşdırılan layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyini diqqətə çatdırıb.
Görüşdən sonra L.Takın rəhbərlik etdiyi nümayəndə heyəti Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarında olub. Qonaqlara məlumat verilib ki, Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil texnologiyaları əsasında qurulmuş zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərə tam cavab verir.
Dünya Bankının nümayəndələri, həmçinin Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun fəaliyyəti, Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlərə baxıb, layihələri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

