Azərbaycanda "elektron hökumət"ə keçid üçün əlverişli şərait mövcuddur
13.11.2014 [17:52]
"Elektron hökumət" quruculuğu (EHQ) dünya səviyyəsində yeni təcrübədir və onun həyata keçirilməsi zamanı meydana çıxan problemlər də çox zaman obyektiv xarakter daşıyır. Elə isə EHQ məsələlərinə beynəlxalq aləmdə mövcud olan yanaşmalar və problemlər əsasında Azərbaycanda bu sahədə mövcud vəziyyətə nəzər salmaq olar.
Ümummiyətlə, "elektron hökumət" quruculuğuna şərait yaradan amillər sırasında əsasən, siyasi, hüquqi, texniki və mədəni faktorlar göstərilir. Siyasi amil elektron hökumət quruculuğunda, əsasən, siyasi iradə, siyasi sabitlik, siyasi sistem, dövlət islahatları, proseslərə rəhbərlik, hökumətin İKT-dən istifadənin genişləndirilməsinə münasibəti və bu kimi digər xüsusiyyətlərdə özünü göstərir. Bununla bağlı Azərbaycana nəzər saldıqda, EHQ-nin dövlət siyasətinin tərkib hissəsi olması özünü bu istiqamətdə atılan konkret addımlarda təsdiq edir. Qeyd edək ki, Azərbaycanda elektron hökumətin formalaşdırılması Ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" ilə qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyevin bu məsələyə böyük önəm verməsi EHQ-yə əlverişli şərait yaradıb. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın ("Elektron Azərbaycan") və 2010-2012-ci illəri əhatə edən ikinci "Elektron Azərbaycan" Dövlət Proqramı və "Azərbaycan Respublikasında "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nın icrası ilə yanaşı, iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş onlarla dövlət proqramı çərçivəsində də "elektron hökumət" layihələri həyata keçirilməkdədir. Deməli, siyasi cəhətdən Azərbaycanda elektron hökumət quruculuğunda hər hansı problem, yaxud maneə mövcud deyildir.
Məsələnin hüquqi tərəfinə gəldikdə, Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixində imzaladığı "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərmanı ilə bu sahədə praktik və hüquqi addımların genişləndirilməsi imkanı yaranıb. Bəllidir ki, elektron idarəçilik özü ilə bərabər informasiya təhlükəsizliyini daha da aktuallaşdırır. 2009-cu il sentyabrın 30-da "Kibercinayətkarlıq haqqında" beynəlxalq Konvensiyanın təsdiq edilməsi haqqında Qanun imzalanıb. Bundan sonra 2012-ci il sentyabrın 26-da İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Prezidenti Fərman imzalayıb. Fərmanda müvafiq qurumlara verilən tapşırıqların icrası informasiya məkanının kiberhücumlardan qorunması səviyyəsini daha da artıracaq.
EHQ-nin həyata keçirilməsində texniki amillərə isə əsasən, əhalinin internetə çıxış imkanları, mobil və kompüter texnologiyalarının yayılma səviyyəsi, internetin sürəti, qiyməti, İKT infrastrukturunun vəziyyəti və digər göstəricilər daxildir. Bu gün Azərbaycanda bir çox xidmətlərin elektronlaşdırılması prosesi gedir. Bu isə ölkənin hər yerindəki vətəndaşlarının genişzolaqlı internetlə təminatının əhəmiyyətini artırır. Bildiyimiz kimi, Azərbaycanda genişzolaqlı internet xidmətlərinin göstərilməsinə 2006-cı ildən başlanılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir. Ölkədə ən yeni 3G, 4G xidmətləri təqdim edilir və hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
Eyni zamanda, əhalinin keyfiyyətli internetlə təmin olunması yönündə işlər davam etdirilir. 2014-2016-cı illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internetlə təminatı nəzərdə tutulub. Belə ki, yaxın gələcəkdə "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin həyata keçiriləcəyi gözlənilir. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
EHQ-də mədəni faktorlar əhalinin İKT-yə etibarı, "elektron hökumət"ə keçidə psixoloji hazırlığı kimi məqamları əhatə edir. Əhalinin 73 faizinin internet istifadəçisi olduğunu nəzərə aldıqda Azərbaycanda elektron hökumətə keçidin ciddi sosial maneə ilə qarşılaşmadığını demək olar. Lakin elektron fəaliyyətlə bağlı bəzi sahələrdə vətəndaşların yeniliyə o qədər də hazır olmadığı özünü göstərir. Məsələn, alış-veriş zamanı vətəndaşlar əsasən nağdla ödəməyə üstünlük verirlər. Bunun səbəblərindən biri çalışan əhalinin bir qisminin əməkhaqlarını nağd şəklində alması, başqa bir səbəb satış məntəqələrinin bəzilərində POS-terminalların olmamasıdır. Lakin ən əsas səbəb bir çox vətəndaşların nağd ödəniş vərdişindən əl çəkməyə o qədər də maraq göstərməməsidir. Görünür, bu sahədə daha sürətli irəliləyişin əldə olunması üçün əhali arasında təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var.
Ümumilikdə, Azərbaycanda "elektron hökumət"ə keçid üçün əlverişli şərait mövcuddur. Əhalinin sürətli internetə çıxışının daha da genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin gücləndirilməsi və insanların "elektron hökumət"ə keçidə mənəvi hazırlığının yüksəldilməsi bu prosesi daha da asanlaşdıracaq.
Hülya MƏMMƏDLİ,
Yazı "Multimedia Mərkəzinin keçirdiyi "Onlayn media 2014" müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

