İri tədiyyəçilərin vergi daxilolmalarındakı artım dinamikası növbəti illərdə də davam edəcək
23.01.2015 [09:28]
Zaur Fətizadə: İnamla qeyd etmək olar ki, cari ildə də XRVXD qarşıya qoyulmuş plan və proqnozların həyata keçirilməsini təmin edə biləcək
“Vergilər Nazirliyi xətti ilə büdcə gəlirlərinin formalaşmasında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin (XRVXD) özünəməxsus payı var. Rəqəmlərə nəzər yetirərkən bu fakt bir daha öz təsdiqini tapır. Ötən ilin yekunlarına görə vergi daxilolmalarının 69 faizdən çox hissəsi departamentin üzərinə düşüb”.
Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə deyib. Onun sözlərinə görə, iqtisadiyyatda müşahidə olunan müsbət dinamikanın və vergi inzibatçılığının səmərəli təşkilinin nəticəsidir ki, 2014-cü il üzrə vergi proqnozu artıqlaması ilə yerinə yetirilib. 2014-cü ilin nəticələrinə əsasən, Vergilər Nazirliyi tərəfindən XRVXD qarşısında proqnozun icrasına dair qoyulmuş vəzifə tam yerinə yetirilib və 4 milyard 929,4 milyon manat proqnoza qarşı 4 milyard 934,4 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bu da daxilolmalar üzrə proqnozun 100,1 faiz icra olunması deməkdir.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin, son illər bu sahədə iri vergi ödəyicilərinin sayında hansı dəyişikliklərin olmasına dair sualı cavablandıran Z.Fətizadə deyib ki, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyri-neft sektorunu iqtisadi siyasətin başlıca prioriteti elan edib, bu sahəni iqtisadiyyatın hərəkətverici qüvvəsi adlandıraraq dövlət dəstəyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. 2014-cü ilin “Sənaye ili”, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahəyə dövlətin xüsusi önəm verməsini bir daha təsdiqləyir.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmaların ümumi vəziyyətinə gəldikdə həm iqtisadi artımın, həm də aparılmış vergi nəzarəti tədbirlərinin nəticəsi olaraq iri vergi ödəyicilərinin dövlət büdcəsinə vergi ödənişlərində ildən-ilə artım müşahidə olunmaqdadır. XRVXD üzrə 2014-cü ildə qeyri-neft sektorundan vergi daxilolmaları 2 milyard 160 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş ödəniş üzrə 113,6 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 166,2 milyon manat və ya 8,3 faiz çoxdur.
Müsahibəsində, “bütün sektorlarda olduğu kimi, dövlətə məxsus əsas iri tədiyyəçilərin də fəaliyyət sahələrini səciyyələndirən iqtisadi göstəricilərin artımı fonunda onların büdcə daxilolmalarındakı əhəmiyyətini xüsusilə vurğulamaq istərdim”, deyən Z.Fətizadə bildirib ki, Departamentdə qeydiyyatda olan həmin vergi ödəyicilərinin illər üzrə təsdiq olunmuş gəlir və xərclər smetası nəzərdə tutulan minimum büdcə ödənişlərinin vaxtında köçürülməsini təmin edib: “Belə ki, 7 iri tədiyyəçinin vergi daxilolmaları 2012-ci ildə 1 milyard 574,2 milyon manat, 2013-cü ildə 1 milyard 710,1 milyon manat, 2014-cü ildə isə 1 milyard 978,2 milyon manat olmaqla respublika üzrə cəmi vergi daxilolmalarının 2012-ci il üzrə 26,1 faizini, 2013-cü il üzrə 25,7 faizini, 2014-cü il üzrə isə 27,8 faizini təşkil edib. Bu göstəricilər həmin ödəyicilərin dövlət büdcəsinin formalaşmasında nə qədər mühüm rola malik olduğunu bir daha sübut edir”.
Müsahibəsində həmçinin, “Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının ən mühüm cəhəti “ucuz neft dövründə iqtisadi proqram”ın açıqlanması olub”, deyən Z.Fətizadənin sözlərinə görə, proqramın əsas istiqamətləri olan makroiqtisadi sabitliyin qorunması, infrastruktur layihələrinin icrası, ixrac potensialının artırılması, güzəştli kreditlər siyasətinin davam etdirilməsi, real sektora investisiya yatırımlarının artırılması, idxalı əvəzləyən məhsul istehsalının genişləndirilməsi, dövlət investisiyalarının dayanıqlı inkişafa və strateji istehsal sahələrinə yönəldilməsi iqtisadiyyatın bütün sahələrində artım tempinin təmin oluması ilə nəticələnəcək ki, bu da vergi ödəyicilərinin vergi potensialının çoxalmasına zəmin yaradacaq: “2015-ci ildə proqnoz tapşırıqlarının icrasına dair aparılmış bölgüyə əsasən, XRVXD üzrə 4 milyard 698,2 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş ödəniş üzrə 144,2 milyon manat) vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi üçün proqnoz tapşırığı müəyyənləşdirilib. İnamla qeyd etmək olar ki, cari ildə də XRVXD qarşıya qoyulmuş plan və proqnozların həyata keçirilməsini təmin edə biləcək”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

