/ / Azərbaycan mülki aviasiyası ilk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib
Azərbaycan mülki aviasiyası ilk Avropa Oyunları zamanı qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib
10.07.2015 [09:59]
“Azərbaycan Hava Yolları” (AZAL) qürur hissi ilə xəbər verir ki, mülki aviasiyanın bütün strukturları ilk Avropa Oyunları zamanı ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.
İyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişindaşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.
Rəsmi məlumata görə, ilk Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. İlk Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.
Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZAL rəhbərliyinin adına daxil olan təşəkkür məktubunda qeyd edildiyi kimi, ilk Avropa Oyunlarının rəsmi ev sahibi kimi Bakı Hava Limanının qarşısında indiyə kimi qarşılaşmadığı ən böyük əməliyyat və maddi-texniki tapşırıqlar dayanırdı.
“Heydər Əliyev Beynəlxalq Hava Limanı Oyunlar zamanı və Oyunlardan sonra görünməmiş sərnişin sayı və baqaj həcmi ilə üzləşdi. Hava limanı nəinki qısa zaman çərçivəsində çox sayda idmançının baqajı ilə birlikdə daşınmasının həyata keçirilməsi kimi unikal tapşırıqlarla üz-üzə qaldı, həm də işinin əvvəlki kimi maneəsiz davam etməsini təmin etməli idi. Bu, Bakıya belə möhtəşəm və unudulmaz Oyunlar təqdim etməyə şərait yaradan proqramda əməyi olan hər kəsin sadiqliyi, həvəsi və ağır əməyi demək idi. Tədbirin planlaşdırılmasına çox vaxt və səy sərf olundu və indi geriyə baxarkən, sadəcə, mükəmməl görülmüş bir iş görə bilərik. Nəticə səmərəli, yaxşı planlaşdırılmış, gözəl koordinasiya olunmuş və resurslarla yaxşı təmin olunmuş işdən xəbər verir. Bakıda Oyunların keçirilməsi təcrübəsi müsbət oldu və heç bir şübhə yoxdur ki, hava limanı Oyunların vacib məqsədlərinin öhdəsindən gəldi və Oyunların uğurlu keçirilməsinə öz töhfəsini verdi”, - deyə BEGOC-un məktubunda deyilir.
Qeyd etmək lazımdır ki, ümumi sahəsi 65 min kvadratmetr olan yeni aerovağzal kompleksində uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığını təmin etmək üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.
“Azərbaycan Hava Yolları” (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL isə mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış beynəlxalq reytinq agentliyi “Skytrax” AZAL-ı nüfuzlu “4 Ulduz” reytinqinə layiq görüb.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında “4 Ulduz” reytinqinə layiq görülüb) yerləşir.
Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yeri tutur.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50

