/ / Azərbaycan ilə İran arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq daha da inkişaf edəcək
Azərbaycan ilə İran arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq daha da inkişaf edəcək
06.08.2015 [01:02]
İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri Şahin Mustafayev avqustun 4-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.
İranlı nazir bildirib ki, iki qonşu dövlət arasında tarixi bağlılıq var. Əlaqələrimiz inkişaf mərhələsindədir, əməkdaşlığımızın perspektivləri üçün böyük potensial mövcuddur və bundan xalqlarımızın mənafeyi naminə istifadə etmək lazımdır. Bir sıra sahələrdə yaxınlaşma müşahidə edilir. İran Azərbaycanla elektrik şəbəkəsinin sinxronlaşdırılması təklifini irəli sürüb və bu sahədə işlər davam etdirilməlidir.
M.Vaezi əlavə edib ki, İranın Qərb dövlətləri ilə nüvə proqramına dair əldə etdiyi razılaşmadan sonra Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin İrana səfəri çox əhəmiyyətlidir. “Bu səfər bizim üçün də önəmlidir. Nüvə sahəsində böyük nailiyyət əldə etdikdən sonra bizim qonşu ölkələr, xüsusilə də Azərbaycanla əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Bu səfər onu göstərir ki, dünyada baş verən hər hansı bir hadisənin iki ölkə arasındakı əlaqələrə heç bir mənfi təsiri yoxdur. Bu əlaqələr yüksək templə inkişaf etməkdə davam edəcək”, - deyən M.Vaezi tezliklə gömrük, enerji, neft-qaz və neft-kimya, bank sahələrində də yaxşı əlaqələrin qurulacağına ümidvar olduğunu deyib.
Şahin Mustafayev deyib ki, Azərbaycan İranla sanksiyalar dövründə də əməkdaşlıq edib və sanksiyalar aradan qalxdıqdan sonra da əməkdaşlıq edəcək. Nazir vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələr çoxdur. Neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahələrində və özəl qurumlar arasında əlaqələr mövcuddur və bu əlaqələr ildən-ilə genişlənir. Qeyd olunub ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyublar. Səfərlər intensivləşib və hər dəfə yeni əməkdaşlıq imkanları yaranır. Nüvə proqramı sahəsində İranı əldə etdiyi uğur münasibətilə təbrik edən Ş.Mustafayev bildirib ki, turizm sahəsində irəliləyiş müşahidə olunur. 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə bu rəqəm 800 minə çatıb ki, bu da böyük göstəricidir.
Səfər çərçivəsində nümayəndə heyətinin tərkibinə daxil olan müxtəlif sahələrin mütəxəssislərinin İranın müvafiq qurumlarında geniş müzakirələr aparacağını nəzərə çatdıran Ş. Mustafayev bu müzakirələrin səmərəli olacağına inamını ifadə edib.
Bildirilib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: “Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bu layihənin reallaşdırılmasında hər iki tərəf maraqlıdır və bütün mövcud imkanlardan istifadə olunur. “İran Khodro” şirkəti də Azərbaycanda avtomobil istehsalı üçün zavod tikmək istəyir. Azərbaycan hökuməti bunu dəstəkləyir və bunun reallaşması üçün yer verməyə hazırdır”.
Vurğulanıb ki, İran və Azərbaycan əczaçılıq, turizm və viza sahəsində əməkdaşlığı davam etdirir.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.
Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

