“Bank Silk Way” “Miles” kartları üzrə balların hesablanması şərtlərini dəyişir
01.09.2015 [10:16]
“Bank Silk Way” xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində “AZAL Miles” bonus proqramına yeniliklər tətbiq edir. Yeni sistemə miqrasiyaya bu il avqustun 1-də başlanılıb və bonus proqramının tam keçidinin 2015-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. “AZAL Miles”in qaydaları müştərilərə daha faydalı və maraqlı proqram təqdim etmək üçün dəyişdirilib.
“Bank Silk Way”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni təqdim edilən “Millər” “Səyahət Balları” (Travel Points) ilə əvəz edilib. “Səyahət Balları” aviaşirkətin reysləri ilə uçuşlara, “Bank Silk Way” və “AZAL Miles” müştərək ko-brend kartları vasitəsilə alış-veriş/xidmət ödənişlərinə görə hesablanır. “Səyahət Balları” AZAL reyslərində aviabiletlər üzrə əsas tarifin ödənişi və xidmət sinfinin artırılması üçün istifadə oluna bilər. Yeni bonus proqramının hazırlanması zamanı “British Airways” və “Caribbean Airlines” aviaşirkətlərinin təcrübəsindən istifadə edilib.
“AZAL Miles” bonus proqramının mövcud iştirakçıları üçün balansda olan hər bir “Mil” bir “Səyahət Balı” ilə əvəz ediləcək. Müştərilərdən tələb olunan sadəcə qeydiyyat elektron poçt ünvanını təsdiq etməkdir. Yeni bonus proqramının işə salınması haqqında bildiriş müştərinin qeydiyyat elektron poçt ünvanına göndəriləcək.
“Azal Miles” proqramının iştirakçılarının iştirakçı güzəştlərindən yararlanmasını asanlaşdırmaq və onlara proqramda öz profilini idarə etmə imkanı verən yeni “Azal Miles” mobil proqramı təqdim edilib. Dəyişikliklər “AZAL Miles” tərəfdaş proqramının yenilikləri ilə əlaqədardır.
Bu il sentyabrın 1-dən “Bank Silk Way”in “Miles” kartları üzrə ballar aşağıdakı şəkildə hesablanacaq - ölkəxarici əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri, “Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 5 AZN üçün 1 Travel Point, “Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 4,50 AZN üçün 1 Travel Point, “Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 4 AZN üçün 1 Travel Point.
Ölkədaxili əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri - “Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 10 AZN üçün 1 Travel Point, “Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 9 AZN üçün 1 Travel Point, “Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 8 AZN üçün 1 Travel Point.
“Miles” kartı bank kartının üstünlüklərini və “Azal Miles” proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını “Miles” kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15

