Aqrar sahə: yeni inkişaf mərhələsində
07.10.2015 [10:04]
Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı dinamik inkişaf edir. Bu, onun nəticəsidir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqaməti olduğunu bir daha təsdiqləyir. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Respublikamızda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması isə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, öz növbəsində, aqrar sektorda istehsal göstəricilərinin artması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Haqqında bəhs olunan dövrdə ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz ixracının həcmi əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. Yerli istehsalın artımı nəticəsində respublikaya meyvə-tərəvəz idxalı da əhəmiyyətli dərəcədə azalıb. Son illərdə kənd təsərrüfatında intensiv metodların tətbiqi yaxşı nəticələr verir. Bunun sayəsində respublikada bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempini üstələyib, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artıma nail olunub.
Azərbaycanın aqrar sektorunda müşahidə edilən inkişaf dinamikası “Kənd təsərrüfatı ili”ndə daha intensiv hal alıb. Belə ki, cari ilin 6 ayında respublikanın kənd təsərrüfatında əksər istiqamətlər üzrə yüksək məhsuldarlığa nail olunub, o cümlədən taxıl istehsalı 20 faiz artıb ki, bu da son illərdə əldə olunan rekord göstəricidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu yaxınlarda Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə cari ilin birinci yarısında ölkənin kənd təsərrüfatında qazanılan uğurlu nəticələrdən məmnunluğunu ifadə edib: “Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilmişdir və şadam ki, bol məhsul götürülübdür. Bu il kənd təsərrüfatı 7 faizdən çox artmışdır”.
Ümumiyyətlə, ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Belə ki, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb. Hazırda bu proses davam edir.
Məlum olduğu kimi, Azərbaycanda iqtisadi sahədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini əhalinin ərzaq təminatının yüksək səviyyədə təmin olunması təşkil edir. Əhalinin etibarlı ərzaq təminatını həm də ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri kimi xarakterizə etmək olar.
Ölkəmizdə əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülüb. Respublikamızda uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışının təşkilində də ciddi struktur dəyişiklikləri baş verib, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu anbar kompleksləri tikilib və bu istiqamətdə işlər davam etdirilir. Bundan əlavə, əkin sahələrinə xidmət göstərmək məqsədilə yeni aqroservis müəssisələri yaradılır. Xüsusilə yeni yaradılan böyük fermer təsərrüfatları da kənd təsərrüfatında məhsuldarlığın artırılmasında mühüm rol oynayacaq.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqroxidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını ortaya qoyur. Hazırda ölkəmizdə bu istiqamətdə də böyük işlər görülür. Bununla yanaşı, aqrar sektorda həyata keçirilən islahatlar sayəsində ölkədə bir sıra kənd təsərrüfatı məhsulları istehsalı daxili tələbatı üstələyir. Belə olan təqdirdə həmin məhsulların xarici bazarlara çıxmaq şansı da artır. Dövlət başçısı İlham Əliyev bildirib: “Bildiyiniz kimi, burada uzun illərdir ki, vergi güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır. Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaqdır”.
Qeyd edək ki, kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır. Şəmkirçay dəryaçasının da istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına geniş imkanlar yaradır. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Şəmkirdə təməli qoyulmuş özəl pilot aqroparkında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və hazır malların satış üçün ölkə bazarlarına çıxarılması və ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulur.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, son illərdə baş vermiş qlobal maliyyə böhranı dünyanın bir çox ölkələrində iqtisadiyyatın xeyli geriləməsinə səbəb olsa da, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı cari ildə də davam edir. Onun sözlərinə görə, bu artım respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və regionlarda həyata keçirilən tədbirlərlə əlaqədardır. Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı və ölkə əhalisinin əsas ərzaq məhsullarına olan tələbatını 100 faiz yerli istehsal hesabına ödəməyi qarşıya hədəf qoyub: “Qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri aqrar sahə olduğundan bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda xeyli işlər görülüb. Kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilir və daim təkmilləşdirilir. Bu, bir daha onu göstərir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir”.
E.İbrahimov bildirib ki, bu mənada 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, bu il çərçivəsində görülən işlər ərzaq təhlükəsizliyinin təmin olunmasına da müsbət təsir göstərir.
“Dünyada əhalinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verməkdədir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu məsələ istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı strategiyası uğurla həyata keçirilməkdədir. Ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərindəndir”, - deyə komitə sədri vurğulayıb.
Nardar BAYRAMLI
“Yazı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq
müsabiqəsinə təqdim edilir”
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56

