Ölkədə sağlam biznes mühitinin yaradılması istiqamətində qətiyyətli addımlar atılır
23.10.2015 [10:20]
Ekspertlərin qənaətinə görə, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, həmçinin lisenziyaların sayının azaldılması və onların verilməsi prosedurlarının sadələşdirilməsi ölkədə özəl bölmənin, o cümlədən də kiçik və orta sahibkarlığın inkişafına yeni təkan verəcək
Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu günlərdə keçirilən 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı prinsipial mövqedə olduğunu bir daha nümayiş etdirib. Dövlət başçısı son illərdə özəl bölmədə bir sıra uğurlar qazanılmasından məmnunluğunu ifadə etməklə yanaşı, ölkədə sahibkarların incidilməsi, onların fəaliyyətinə müdaxilə edilməsi kimi halların hələ də qaldığını xüsusi nəzərə çatdırıb.
Artıq ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq bu istiqamətdə çatışmazlıqların aradan qaldırılmasına hesablanan effektiv tədbirlərin həyata keçirilməsinə start verilib. Dövlət başçısı bu günlərdə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib və bu qanun layihəsi parlamentdə qəbul edilib. Bundan başqa, Prezident İlham Əliyev “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalayıb.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına yönəldilən addımlar cəmiyyətdə birmənalı olaraq müsbət qarşılanıb. Qəzetimizə müsahibə verən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Milli Məclisə ünvanladığı məlum qanun layihəsi və dövlət başçısının imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmanı Azərbaycanda sahibkarlıq sahəsində inqilabi dəyişiklik kimi qiymətləndirilə bilər. “Bu sənədlər dövlət başçısının sahibkarlara açıq dəstək verdiyini təsdiqləyir”.
“Parlamentdə təsdiqlənən qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Həmin müddətdə sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Dövlət başçısının imzaladığı müvafiq Fərmana əsasən isə lisenziyaların sayı minimuma endiriləcək, lisenziya verilməsi qaydaları sadələşdiriləcək, lisenziyalar “ASAN xidmət” mərkəzlərində veriləcək”, - deyə A.Hüseynov vurğulayıb.
A.Hüseynov bildirib ki, bu dəyişikliklərdən sonra sahibkarlığın inkişafına yaradılan əlavə çətinliklər və korrupsiya hallarının qarşısı alınacaq, şəffaflıq təmin ediləcək. İqtisadçı-ekspert ən mühüm məsələlərdən birinin də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin elektronlaşdırılması ilə bağlı olduğunu deyib: “Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilin sonuna kimi “Elektron lisenziya” portalının yaradılmasını təmin edəcək. Portal istifadəyə verildikdən sonra sahibkarlar qısa zamanda lazımi sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal tələb olunan sənədlərin alınmasına sərf edilən müddətin və xərclərin azalmasına səbəb olacaq”.
A.Hüseynov bildirib ki, Azərbaycanın beynəlxalq ticarət sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə idxal-ixrac prosedurlarının təkmilləşdirilməsi də nəzərdə tutulur. İdxal zamanı tələb olunan sənədlərin sayı 11-dən 2-yə endiriləcək və sahibkarlardan yalnız nəqliyyat sənədi və bəyannamə tələb olunacaq. Eyni zamanda, ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlardan tələb edilən sənədlərin sayı da 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-ə salınacaq. Bununla yanaşı, yaxın günlərdə ixracın “bir pəncərə” sistemi üzrə həyata keçirilməsinə başlanılacaq və daha asan ixrac qaydaları tətbiq ediləcək.
“Son günlərdə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar bir daha təsdiq edir ki, ölkəmizdə güclü sahibkarlar ordusuna dövlət başçısı tərəfindən ən böyük siyasi dəstək və dərin etimad mövcuddur.
Prezident İlham Əliyev sahibkarları iqtisadiyyatın lokomotivi hesab edərək onları milli inkişafın aktiv qüvvəsi kimi müasir çağırışlara hazır olmağa, mübariz, qətiyyətli, neqativ hallara qarşı barışmaz mövqedə dayanmağa səsləyir, həmçinin onların müdafiəçisi olduğunu atdığı qətiyyətli addımlarla təsdiq edir”, - deyə iqtisadçı-ekspert bildirib.
“İstər Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi, istərsə də dövlət başçısının imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsinə, sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə hallarının aradan qaldırılmasına hüquqi təminat yaradan sənədlərdir”. Bu fikri isə qəzetimizə açıqlamasında iqtisadçı-ekspert Anar Eminov ifadə edib.
İqtisadçı-ekspert fikirlərinə davam edərək ölkəmizdə qeyri-neft sektorunun və neftdənkənar iqtisadiyyatda mühüm yer tutan özəl bölmənin üstün inkişafının təmin olunmasına hələ dünya birjalarında neftin qiymətinin azalmağa başladığı vaxtdan xeyli əvvəl başlanıldığına diqqət çəkib. A.Eminov vurğulayıb ki, Azərbaycanın geniş iqtisadi potensialı ölkədə sahibkarlıq sahəsində daha böyük uğurların əldə olunmasına real zəmin yaradır. Lakin bəzi problemlər ölkənin iqtisadi potensialından tam şəkildə bəhrələnməyə imkan vermir.
İqtisadçı ekspert əmin olduğunu bildirib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qəbul edilən qərarlar, o cümlədən də yuxarıda bəhs olunan sənədlər ölkəmizdə yaxın iki il ərzində məhz kiçik və orta sahibkarlığın inkişaf etməsi ilə nəticələnəcək və bunun üçün əlavə stimul rolunu oynayacaq. Bu isə dünyanın hətta aparıcı ölkələrinin maliyyə çətinliyi ilə üzləşdiyi bir zamanda qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan üçün olduqca vacibdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

