/ / Xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” tərəfindən həyata keçirilməsi şəffaflığın artırılmasına yol açacaq
Xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin “ASAN xidmət” tərəfindən həyata keçirilməsi şəffaflığın artırılmasına yol açacaq
23.10.2015 [11:05]
Ekspertlərin fikrincə, bu addım sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə xidmət göstərəcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmanda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının çoxluğu, xüsusi razılıq (lisenziya) verilməsinin mövcud prosedurlarının sahibkarlığın inkişafına əlavə çətinliklər və korrupsiya hallarına şərait yaratdığı qeyd edilib. Ölkə başçısı tərəfindən imzalanan sənəddə o da bildirilir ki, Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Bu məqamda vurğulamaq lazımdır ki, Azərbaycan brendi olaraq dünyada şöhrət tapmış “ASAN xidmət” öz şəffaflığı, operativliyi və ən əsası, çevikliyi ilə seçilir. Ölkəmizdə korrupsiyaya qarşı aparılan effektiv mübarizənin, eləcə də bürokratik maneələrin aradan qaldırılması istiqamətində atılan addımların önündə gələn “ASAN xidmət” mərkəzləri cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. Sahibkarlıq subyektlərinə lisenziyaların verilməsi prosedurunun məhz bu xidmət mərkəzlərinə həvalə olunması isə sözügedən sahədə şəffaflığın artırılması ilə yanaşı, sahibkarların sənədləşmə prosesindəki vaxt itkisinin də qarşısını alacaq.
Öz növbəsində, məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP-ın Siyasi Şurasının üzvü Musa Quliyev qəzetimizə açıqlamasında “ASAN xidmət”in fəaliyyətinin artıq beynəlxalq aləmdə brend kimi qəbul olunduğunu deyib. Onun sözlərinə görə, bu xidmətin əldə etdiyi təcrübə dünyanın bir sıra ölkələrinin marağına səbəb olub: “Elektron hökumət”in qurulması, məmur-vətəndaş, məmur-sahibkar təmaslarının minimuma endirilməsi, işin effektivliyinin artması Azərbaycan dövlətinin, ən əsası isə, ölkə Prezidentinin uğurudur”.
Dövlət başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışının Azərbaycan iqtisadiyyatının yeni modelinin qurulmasına böyük bir təkan olacağını bildirən M.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqları, o cümlədən Milli Məclisdə qəbul olunan qanunlar ölkəmizdə orta və kiçik sahibkarlığın sürətli inkişafına yol açacaq: “Kiçik və orta sahibkarlığın sürətli inkişafı üçün bir sıra maneələrin, eləcə də bürokratik əngəllərin aradan qaldırılması, sahibkarlığın inkişafını sürətləndirmək üçün lisenziyaların verilməsi prosesinin “ASAN xidmət”ə həvalə olunması çox uğurlu bir addımdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və olan şəxslər qısa müddət ərzində lazım olan hüquqi sənədləri əldə edə biləcəklər. Bu, sahibkarlara göstərilən dövlət dəstəyidir. Digər tərəfdən, bu addım həm də xidmət keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artırılmasına, korrupsiya, rüşvətxorluq hallarının isə tamamilə aradan qalxmasına gətirib çıxaracaq, sahibkarların effektiv fəaliyyətini təmin edəcək. Xüsusilə kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər bu Fərmanı çox böyük minnətdarlıq hissi ilə qarşılayırlar”.
İqtisadçı ekspert, iqtisadiyyat üzrə fəlsəfə doktoru Tahir Mirkişili isə qəzetimizə açıqlamasında Azərbaycanda ÜDM-in formalaşmasında payı ildən-ilə artan özəl sektorun fəaliyyətinin düzgün tənzimlənməsinin, bürokratik və qeyri-iqtisadi maneələrin aradan qaldırılmasının, iqtisadi fəaliyyətin tam şəffaflaşdırılmasının bu sektorun daha da inkişaf etməsinə yol açacağını deyib. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 19 oktyabr 2015-ci il tarixli Fərmanı sahibkarlığın inkişafı istiqamətində çox mühüm və ciddi təkanverici bir amildir: “Hazırda Azərbaycanda 23 dövlət qurumu 59 fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verir. Fərmanda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması, lisenziya verilmə prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin olunması, həmçinin Elektron Lisenziya portalının yaradılması məsələləri qeyd edilir. Hazırda lisenziya alışında ümumi olaraq sahibkarlardan 5 növ sənəd, fəaliyyət növündən asılı olaraq isə əlavə xüsusi sənədlər tələb olunur ki, fikrimcə, burada ciddi olaraq bürokratiyanın azaldılması hesabına sadələşdirməyə getmək mümkündür. “Elektron hökumət”in imkanlarından istifadə etməklə tələb olunan sənədlərin əksəriyyətini ümumi məlumat bazasından da əldə etmək olar. Bu isə lisenziya verilməsi prosedurlarının ciddi şəkildə sadələşməsinə imkan yaradacaq”.
T.Mirkişili “ASAN xidmət” mərkəzlərində vətəndaş məmnuniyyətinin 98 faizə çatdığını da deyib. Onun sözlərinə görə, “ASAN xidmət” mərkəzlərinin potensialı Fərmanda qeyd edildiyi kimi, lizensiya verilməsində şəffaflığın tam təmin olunmasına şərait yaradır: “Elektron Lisenziya”nın tətbiqi çox mühüm bir addımdır. Bu, iqtisadi münasibətlərdə və iqtisadi idarəetmədə tamamilə yeni bir səhifənin açılması deməkdir. Ölkə Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan bu Fərman yaxın müddətdə öz müsbət nəticəsini verəcək. Lisenziyalar bürokratik əngəl rolu oynamamalı, tənzimləyici bir vasitəyə çevrilməlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36

