/ / Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsi nə dərəcədə zəruridir?
Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsi nə dərəcədə zəruridir?
22.12.2015 [09:47]
Əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, həm ümumavropa, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır
Müstəqil xarici siyasət kursuna malik və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, ölkəmiz özünün zəngin enerji ehtiyatlarından və əlverişli tranzit mövqeyindən səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Azərbaycan həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı-faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir.
Azərbaycan hazırda da Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır, bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeganə yeni alternativ mənbədir. Bu kontekstdə TANAP və TAP layihələrinin əhəmiyyəti xüsusi vurğulanırdı. Amma TAP layihəsinin gerçəkləşdirilməsi istiqamətində ortaya çıxan mənzərə situasiyanın dəyişməsinə səbəb oldu...
Qeyd edək ki, 2000-ci illərin ikinci onilliyində gündəmə gəlmiş Trans Adriatik Pipeline (TAP) qaz ixracı boru kəməri Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur və Avropa İttifaqının XXI əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilirdi. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qaz sayılırdı. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanmalı idi, kəmərin tikintisinə isə, bütövlükdə, 3 il tələb olunurdu.
TAP istifadəyə veriləcəyi təqdirdə Balkan ölkələrində, xüsusən dərin iqtisadi böhran keçirən Yunanıstanda, İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilərdi. Təəssüf ki, Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir, bu ölkələrin QHT və KİV-ləri TAP əleyhinə təbliğat aparır, bəzənsə bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin şahidi oluruq.
Beləliklə, paradoksal mənzərə yaranır: Azərbaycan həm bütün mümkün riskləri nəzərə alaraq Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün alternativ təklif edir, həm enerji daşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür, həm də bu ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının “kapriz”ləri, yersiz tələbləri ilə üz-üzə qalır. Həqiqətən də, əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, həm ümumavropa, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır.
Digər bir vacib məqama toxunaq. Belə ki, Türkiyə Baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlardan bəlli olduğu kimi, Azərbaycan qazının Türkiyəyə nəqlini təmin edəcək TANAP layihəsinin inşası sürətləndirilərək layihənin 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Mövcud enerji ehtiyatlarımız ənənəvi bazarlar üçün yetir, eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyə bazarında əlavə imkanlar açılır. Belə olduğu təqdirdə, Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsinin nə dərəcədə zəruri olması sual doğurur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52

