24 min sahibkarın kiçik məbləğli mübahisəli vergi borcları ləğv olunub
30.12.2015 [10:25]
Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bir sıra ciddi tədbirlər həyata keçirir.
Vergilər nazirinin 12.11.2015-ci il tarixli əmri ilə illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.
Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər. Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq.
Məlum olduğu kimi, Vergi Məcəlləsinə uyğun olaraq vergi orqanları tərəfindən aparılan yoxlamalar kameral və səyyar qaydada həyata keçirilir. Son dövrlər vergi orqanları vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər, mənbəyi məlum olan məlumatlar əsasında vergi orqanlarına getmədən və onların fəaliyyətinə heç bir müdaxilə etmədən, distant təhlillərə əsaslanan kameral vergi yoxlamalarına daha çox üstünlük verirlər. Bu isə sahibkarların biznes fəaliyyətinə maneçilik törətmədən vergilərin hesablanmasında və dövlət büdcəsinə ödənilməsində vergi ödəyiciləri tərəfindən yol verilən nöqsanların ciddi hüquqi nəticələrə səbəb olmadan aradan qaldırılmasına, nəticə etibarilə büdcə daxilolmalarının artmasına öz müsbət təsirini göstərir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin ötən 11 ayı ərzində vergi orqanları tərəfindən kameral qaydada hesablanmış 139,7 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicilərinə bildiriş göndərilərək, onlar yerli vergi orqanlarına dəvət olunur və vergi ödəyiciləri tərəfindən təqdim olunan təsdiqedici sənədlər onların özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə diqqətlə araşdırılır.
Vergi Məcəlləsinin 3.10-cu maddəsinin tələblərinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməli olduğundan, habelə məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edildiyindən bir sıra hallarda aparılan araşdırmalar hesablanmış vergilərin azaldılması və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğvi ilə nəticələnir.
Ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəyib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılıb, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

