/ / Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirir
Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirir
12.01.2016 [09:36]
2015-ci il dekabrın 19-da aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydalarına riayət olunması ilə bağlı qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə əlaqədar olaraq alkoqollu içkilərin istehsalı, idxalı, habelə topdan və iri ticarət şəbəkələrində satışını həyata keçirən vergi ödəyicilərinin nümayəndələri ilə Vergilər Nazirliyində görüş keçirilib və həmin dəyişikliklər barədə onlara geniş məlumat verilərək, bütün suallara aydınlıq gətirilib.
2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən “Ameqo” MMC topdan satış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib.
Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8400 manat məbləğində inzibati cərimə tətbiq olunub. 47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234752,8 manat dəyərində 57542 ədəd alkoqollu içki və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən “NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus “Tovuz KonyaK” evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınıb, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53

