Qarşıda duran əsas vəzifə neftin qiymətindən asılı olmayan yeni iqtisadi modelin yaradılmasıdır
27.01.2016 [10:34]
Bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna əlavə vəsait ayrılacaq. Həmin vəsaitin ayrılması fondda olan vəsaitlərlə birlikdə regionlarda yeni müəssisələrin yaradılmasına şərait yaradacaq. Bu, eyni zamanda, aqrar sektora da təkan verə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində maliyyə sahəsi üzrə bölmə iclasında maliyyə naziri Samir Şərifov səsləndirib.
“Hazırda 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılır. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, layihələr üzərində işlərə başlasınlar. Layihələr yeni əsaslar üzərində qurulmalıdır. İlk növbədə, daxili xammal bazasına əsaslanmış ixracyönümlü müəssisələrin yaradılmasına diqqət yetirilməlidir. Bu müəssisələrin yaradılması ölkədən valyuta axınının azalmasına təkan verəcək”, - deyə nazir diqqətə çatdırıb.
Bildirilib ki, manatın ucuzlaşmasının ikinci dalğası nəticəsində müəyyən inflyasiya meyilləri, təzyiqlər hiss olunmağa başlayıb. Odur ki, dövlətimizin başçısı bu təsirlərin maksimuma endirilməsi ilə bağlı ciddi tapşırıqlar verib. Xüsusən idxaldan asılılığımızı azaltmalıyıq. Prezident çıxışında xüsusi vurğuladı ki, xammalı idxalla bağlı olmayan istehsal sahələri yaradılmalıdır. Yaxud, hər hansı bağlılıq varsa, bu, çox cüzi olmalıdır.
S.Şərifov deyib ki, Azərbaycanda istehsal edilən meyvə şirələrinin konsentratı, qabı xaricdən gəlir. Belə çıxır ki, bunun 70-80 faizi idxal məhsuludur. Halbuki Azərbaycan giləmeyvə ilə özünü yüz faizdən yuxarı təmin edir. Faktiki olaraq biz bu imkandan yararlanmırıq, konsentrantı özümüz istehsal etmirik. Bu mövqedə vəziyyət o qədər də ürəkaçan deyil. Biz yenə də idxaldan asılıyıq. Prezidentin bu gün verdiyi tapşırıq və qarşıya qoyduğu daha bir vəzifə regionlarda emal sənayesinin yaradılmasıdır. Emal müəssisəsi yaradılanda diqqət yetirilməlidir ki, orada yerli xammaldan istifadə təmin olunsun.
Kənd təsərrüfatına gəldikdə, dövlətimizin başçısı, əsasən pambıqçılığa toxundu. Bizim bir neçə pambıqtəmizləmə zavodumuz var, bəzisi fəaliyyətini dayandırıb. Bu il fermerlərdən pambığın alınması prosesinə yenidən start verilib. Bu məsələlərə yenidən baxılacaq. Pambıq tədarük olunan regionların icra başçıları da gərək bu işlə məşğul olsunlar. Bu, bizim üçün vacib sahədir. Çünki həm mahlıcın satılması həyata keçirilə bilər, həm də əlavə dəyər yarada bilərik. Burada da emala daha çox üstünlük verilməlidir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev nitqində regionlarda kəndarası yolların tikintisinə də toxundu, konkret tapşırıqlar verdi. İlk növbədə, diqqəti başlanmış layihələrə yönəltməli, onları başa çatdırmalıyıq.
Azərbaycanda davamlı iqtisadi inkişafa nail olunduğunu, əhalinin rifah halının ildən-ilə yaxşılaşdığını deyən maliyyə naziri vurğulayıb ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunub saxlanmasına çalışmalıdır. Neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması qarşımızda duran əsas vəzifədir. Çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Sahibkarlara yaxşı şərait yaratmaq, dəstək vermək lazımdır. Çünki iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. “Bizim dəstəyimiz kreditlər və yaxşı biznes mühiti ola bilər. Yaxşı biznes mühiti olanda, sahibkar perspektivləri görəndə, investisiya da yatıracaq”, - deyə S.Şərifov bildirib.
Bölmə iclasında sahibkarların təklifləri dinlənilib. Əsasən kənd təsərrüfatının, o cümlədən taxılçılığın, pambıqçılığın inkişafı, özəlləşdirmə, rayon və kəndlərdə kredit almaq üçün təqdim olunan girovlarla bağlı məsələlər müzakirə olunub, müvafiq təkliflər irəli sürülüb.
Sonda təkliflərlə bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyi diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

