«Yapı Kredi Bank Azərbaycan» 23 milyon yatırım edib
29.02.2016 [14:47]
Bankın aktivləri 469,2mln AZN-ə çatdı
Türkiyənin ən böyük şirkətlər qrupu «Koç Holding» və Avropanın ən böyük bankçılıq qrupunun ana səhmdarı olduğu «YapıKredi»nin törəmə bankı «YapıKredi Bank Azərbaycan»ın aktivləri 2015-ci il ərzində 34,6%-lik artım göstərərək 469,2 milyon manata çatmışdır. Bank ilin çətin şərtlərinə baxmayaraq, bir çox yeni layihələr həyata keçirərək uğurlu nəticələr əldə etmişdir.
XİDMƏTDƏ SƏRHƏD TANIMIR
2015-ci ilin qlobal iqtisadiyyatda dalğalı bir il olduğunu bildirən «Yapı Kredi Bank Azərbaycan»ın İdarə Heyətinin sədri Cenk Yüksel uğurlarını belə bölüşüb:
« «Yapı Kredi Bank Azərbaycan» olaraq 2015-ci ildə də özümüzün “Xidmətdə Sərhəd Yoxdur” prinsipimizə sadiq qalaraq müştərilərimizə müxtəlif yeni və innovativ məhsullar təqdim etdik. Yeni POS terminallar quraşdırmaq və plastik kart məhsulunu inkişaf etdirməklə, qeyri-nağd ödənişlərin stimullaşdırılması üzrə prioritetlərə xüsusi önəm verdik. Nəticədə, 2015-ci ildə bankın əsas vəsaitlərini və qeyri-maddi aktivlərini 2014-cü il ilə müqayisədə 7% artıraraq 23,770 milyona çatdırdıq. İnternet Bankçılıq məhsulunun istifadə imkanlarını genişləndirərək xidmətdən istifadə edən müştərilərin sayını 35 minə çatdırdıq. İlin ilk aylarında IOS, Android və Windows Mobile əməliyyat sistemləri üçün hazırladığımız Mobil Bankçılıq tətbiqetməsini müştərilərin istifadəsinə təqdim etdik və 2015-ci ilin sonuna qədər 7 minə yaxın müştəri tətbiqetməni yükləmişdir. Bankın 7/24 fasiləsiz fəaliyyət göstərən Telefon Mərkəzi il ərzində 300 mindən artıq zəngə cavab vermiş, müştərilərinin suallarını cavablandırmış və bank əməliyyatlarının həyata keçirilməsində köməklik göstərmişdir. Gördüyümüz işlərin nəticəsi olaraq, Bankımız tərəfindən göstərilən xidmət beynəlxalq səviyyədə qiymətləndirilmiş və 2015-ci ildə İngiltərənin nüfuzlu «Global Banking and Finance Review» təşkilatı tərəfindən “2015-ci ilin Ən Yaxşı Pərakəndə Bankı” və “2015-ci ilin Ən Yaxşı İnternet Bankçılıq Məhsulu” mükafatlarına layiq görüldük» .
İQTİSADİYYATIN REAL SEKTORUNA DƏSTƏK
Ölkə iqtisadiyyatında biznes sahələrinin inkişaf etməsinə töhfə vermək məqsədiyilə bank olaraq real sektora dəstək vediklərini vurğulayan C.Yüksel daha sonra deyib : ««Yapı Kredi Bank Azərbaycan» olaraq iqtisadiyyatın real sektoruna ayrılan kreditlərin həcmini 2014-cü il ilə müqayisədə 2015-ci ildə 6% artırdıq. Bu gün 14 filial, 1 müştəri xidmətləri departamenti və 1 şöbə vasitəsi ilə pərakəndə və korporativ bankçılıq sahələrində 200 mindən çox müştəriyə xidmət vermənin qürurunu yaşayırıq. Bankımız ilk gündə olduğu kimi eyni motivasiya, müştəri yönümlü yanaşması və “Xidmətdə Sərhəd Yoxdur” prinsipi ilə həllər təqdim etməyə davam edəcək” .
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

