Əmanətlərin tam şəkildə sığortalanması manat depozitlərinə inamı gücləndirəcək
04.03.2016 [10:22]
Prezident İlham Əliyevin imzaladığı “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, banklardakı bütün əmanətlər qarşıdakı 3 il müddətində sığortalanacaq
Son vaxtlar ölkəmizdə qlobal təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə inkişafın ardıcıllığını təmin etmək və əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində zəruri tədbirlər həyata keçirilir. Müvafiq qanunvericilik bazasının möhkəmləndirilməsi də bu qəbildən olan tədbirlər sırasındadır. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə “Əmanətlərin tam sığortalanması haqqında” qanunun tətbiqi barədə müvafiq Sərəncam imzalayıb. Bəhs olunan qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdən ibarətdir. Sənədə əsasən, banklardakı bütün əmanətlər qarşıdakı 3 il müddətində tam sığortalanacaq.
Ekspertlər qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə vətəndaşların banklara qoyduqları depozitlərin tam həcmdə sığortalanmasını mühüm addım kimi dəyərləndirirlər. Bəhs olunan sənədlə bağlı fikirlərini ifadə edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dövlət başçısı tərəfindən əmanətlərin tam sığortalanması haqqında qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanmasını xarici təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şəraitdə həyata keçirilən zəruri islahatların davamı kimi dəyərləndirib. Millət vəkili bildirib ki, indiki şəraitdə əmanətlərin tam şəkildə sığortalanmasını özündə ehtiva edən qanunun qəbul edilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinə müsbət təsir göstərməklə yanaşı, eyni zamanda, bankların sağlamlaşdırılmasında da mühüm rol oynayacaq. “Bundan əvvəlki qanuna əsasən, yalnız 30 min manatadək olan əmanətlər sığortalanırdı. Məlumdur ki, manatın məlum devalvasiyasından sonra ölkənin bank sistemində bir sıra problemlər yaranıb və bank sisteminin sağlamlaşdırılması zərurəti gündəmə gəlib. Eyni zamanda, yaranmış yeni iqtisadi şəraitdə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi böyük aktuallıq kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu məqamları nəzərə alaraq Milli Məclisə əmanətlərin tam şəkildə sığortalanmasını özündə ehtiva edən qanun layihəsi göndərdi və ölkə parlamenti dövlət başçısının təşəbbüsünü dəstəkləyərək yeni qanun layihəsini təsdiqlədi. Prezident İlham Əliyevin tətbiqi ilə əlaqədar Sərəncam imzaladığı “Əmanətlərin tam sığortalanması haqqında” qanuna əsasən, müvafiq banklara qoyulan bütün depozitlər məbləğindən asılı olmayaraq, 3 il müddətində sığortalanacaq. Hər kəs banka istədiyi qədər əmanət qoya bilər”, - deyə Vahid Əhmədov vurğulayıb.
V.Əhmədov indiki şəraitdə əmanətlərin sığortalanması ilə bağlı yeni qanunun çox böyük aktuallıq kəsb etdiyinə diqqət çəkib. Millət vəkili vurğulayıb: “Hazırda məlum səbəblərdən ölkəmizdəki bir sıra banklar likvidlik problemi ilə üzləşiblər. Yeni qanunun qüvvəyə minməsi isə bankların depozit cəlbediciliyini artıracaq ki, bu da son nəticədə onların maliyyə resurslarının artmasında öz əksini tapacaq. Digər tərəfdən, yeni qanun insanların narahatçılığına son qoyacaq. Məlumdur ki, devalvasiyadan sonra insanlar sərbəst yığımlarını banklara etibar etməkdən çəkinirlər. Yeni qanun isə əmanətlərin tam şəkildə qorunacağına zəmanət verir. Əmanətçilərdə bir arxayınlıq yaranır ki, sabah hansısa bir problem ortaya çıxdıqda, fors-major hadisəsi baş verdikdə onların əmanətləri sığortalanacaq, depozitlərinə heç bir halda xələl gəlməyəcək”.
Millət vəkili yeni qanuna istinad edərək ölkə vətəndaşlarını özlərinin sərbəst yığımlarını banklarda yerləşdirməyə çağırıb: “Hazırda banklarda manatla olan əmanətlərə kifayət qədər yüksək - 12 faizlə dividendlər ödənilir. Beləliklə, sərbəst yığımlarını banklarda yerləşdirməklə vətəndaşlarımız öz kapitallarını daha da artıra bilərlər”.
Qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni şəraitdə iqtisadiyyatın real sektorunun maliyyə təminatının artırılması da böyük aktuallıq kəsb edir. V.Əhmədov bu baxımdan da yeni qanunun əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirib: “Bankların kredit portfelinin strukturunda depozitlərin çəkisi təxminən 70 faiz həcmindədir, yerdə qalan 30 faizi isə digər mənbələrdən formalaşır. Əmanətlərin həcmi artdıqca bankların kredit imkanları da genişlənir. Bu baxımdan ölkədə islahatlar aparıldığı bir şəraitdə əmanətlərin 100 faiz qorunması birbaşa real sektora da müsbət təsir göstərəcək”.
Sənədi şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, yeni qanun ölkədə bank sisteminin maliyyə vəziyyətini gücləndirmək, banklara depozit qoyuluşlarını stimullaşdırmaq məqsədi daşıyır: “Yeni qanunun qəbul olunması əhalinin banklara inam və etibarını artırmaq, manatla qorunan depozitlərin banklardan geri çağırılmasının qarşısını almaq və insanları əmanət qoyuluşlarına həvəsləndirmək məqsədi daşıyır. Bəhs olunan qanuna əsasən, banklara qoyulan bütün depozitlər tam şəkildə sığortalanacaq. Yeni qanunda əmanətlərə yarana biləcək bütün təhlükələr və fors-major hallar nəzərə alınıb. Əgər əmanətin qoyulduğu bank bağlanarsa, dövlət həmin pullara təminat verəcək, vətəndaşın bankda yerləşdirdiyi depoziti tam həcmdə özünə qaytaracaq. Yeni qanun 6 milyondan çox əmanətçinin depozitlərinin tam məbləğdə sığortalanmasına imkan verir. Proqnozlara görə, əmanətlərlə bağlı atılan addımlar bank sektorunda kapitallaşmanın yaxşılaşmasına da şərait yaradacaq”.
Millət vəkili həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərin 3 il müddətinə gəlir vergisindən azad olunmasının bank depozitlərinin artmasına müsbət təsir edəcəyini bildirib. Onun fikrincə, vergi güzəştləri bank əmanətlərinin həcminin artmasına səbəb olacaq. Bu güzəştlər nəticəsində bank, sığorta və təkrarsığorta şirkətləri tərəfindən nizamnamə kapitalının artırılması gözlənilir. A.Hüseynov vurğulayıb ki, hökumət vergi güzəştləri ilə bankların kapitallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin dividend əldə etmək imkanlarını da stimullaşdırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46

