/ / Bakıda Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun fəaliyyəti müzakirə olunub
Bakıda Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun fəaliyyəti müzakirə olunub
08.04.2016 [09:41]
Aprelin 7-də Bakıda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 20-dən artıq Avropa ölkəsinin Ali Audit Qurumunun, eləcə də Azərbaycan Respublikası Hesablama Palatasının üzv olduğu İşçi Qrupunun fəaliyyətinin bütün dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Xüsusi qrup ilk dəfə EUROSAI-nın Polşanın Krakov şəhərində keçirilmiş VII Konqresində yaradılıb. Sonra EUROSAI təşkilatının 2014-cü ildə Niderlandın Haaqa şəhərində keçirilmiş IX Konqresində bu qrupun statusu daha da gücləndirilərək İşçi Qrupu adlandırılıb.
V.Gülməmmədov qeyd edib ki, son illər istər təbii, istərsə də insan amilinin təsirindən yaranan fəlakət və qəzaların sayı artır. Bu isə, ümumilikdə, sosial və demoqrafik amillərlə yanaşı, dünya ölkələrinin iqtisadiyyatına xeyli dərəcədə maddi ziyan vurur. Bununla əlaqədar olaraq, Ali Audit Qurumları qarşısında yeni vəzifələr ortaya çıxır və biz də, öz növbəmizdə, İşçi Qrupunun üzvləri olaraq qarşımızda duran vəzifələri icra edirik.
“Toplantıda bu sahədə bilik və təcrübələrimizi paylaşacağıq. Ali Audit Qurumları olaraq biz bu fəaliyyətin düzgün təşkili və şəffaflığın təmin edilməsinə məsuliyyət daşıyırıq. Bu sahədə qəbul edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının tətbiqi fəaliyyətimizin daha da gücləndirilməsinə kömək edəcək”, - deyə Azərbaycan Hesablama Palatasının sədri diqqətə çatdırıb.
Ukrayna Hesablama Palatasının sədri Roman Maquta vurğulayıb ki, dünyada təbii fəlakətlərin, zəlzələlərin, vulkan püskürmələrinin sayı ildən-ilə artır. Bütün bu hadisələr insanlara və ətraf mühitə çox böyük ziyan vurur. Ali Audit Qurumu bu problemlərdən kənarda qalmır.
R.Maquta qeyd edib ki, ötən il Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupuna Macarıstan və Latviya üzv seçilib. Missiyanın məqsədi Ali Audit Qurumlarının səylərini bir araya gətirmək, təbii fəlakətlərin qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
“Son on ildə dünyada 700 milyondan çox insan təbii fəlakətlərin qurbanı olub, yarım milyard insan ziyan çəkib. Ümid edirəm ki, bu tədbir mövcud problemlərin həllində mühüm rol oynayacaq”, - deyə Ukrayna Hesablama Palatasının sədri bildirib.
İtaliya Hesablama Məhkəməsinin prezidenti Raffaele Squitieri “Fəlakət və qəzaların, xüsusilə hidroloji riskin azaldılması məqsədilə aparılmış tədbirlər üzrə İtaliya Hesablama Məhkəməsinin auditləri” mövzusunda təqdimatla çıxış edib. İtaliya Hesablama Məhkəməsinin prezidenti müzakirə olunan sahədə ölkəsinin Azərbaycan ilə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O qeyd edib ki, İtaliya ərazisinin 10 faizi böyük risklərlə üz-üzədir. Son 20 ildə İtaliyada təbii fəlakətlərin qarşısının alınmasına 52 milyard avro vəsait xərclənib, son 5 ildə 1 milyard avrodan çox vəsait fövqəladə hadisələrə ayrılıb. Fəlakətlərin yumşaldılması üçün daha çox vəsait xərclənir.
Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşkonun moderatorluğu ilə keçirilən iclasın plenar sessiyasında bu ölkənin Hesablama Palatasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Mixaylo Tolstanov “Fevral 2015 - mart 2016 müddətində İşçi Qrupun fəaliyyəti barədə” hesabatla çıxış edib.
Plenar sessiyada Ukrayna Hesablama Palatasının üzvləri İnga Kramarenko və Denis Nikitinin “Yaxın dövr üzrə İşçi Qrupunun fəaliyyət sahələri ilə bağlı” və “Daşqın hadisələrindən mühafizə üçün ayrılmış dövlət vəsaitlərinin istifadəsi ilə bağlı auditin keçirilməsi”, Bolqarıstan Milli Audit Ofisinin baş auditoru Ventsislava Tomovanın “Daşqın riskinin qarşısının alınması və idarə edilməsi ilə bağlı” mövzularında məruzələri dinlənilib.
Sonra Azərbaycan, Türkiyə, İndoneziya, Ukrayna, Bolqarıstan, İtaliya, Polşa Ali Audit Qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar keçirilib. Ukrayna, Belarus və Polşa Ali Audit Qurumları tərəfindən aparılan “Buq çayının çirklənmədən mühafizəsi üzrə tövsiyələrin tətbiqi ilə bağlı əlaqələndirilmiş beynəlxalq auditlərin ilkin nəticələri” mövzusunda məruzə müzakirə olunub.
Toplantıda 13 ölkənin Ali Audit Qurumundan 30 nümayəndə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22

