/ / Ümummilli lider Heydər Əliyev azad sahibkarlığı inkişaf etdirməklə ölkənin davamlı iqtisadi tərəqqisini təmin edib
Ümummilli lider Heydər Əliyev azad sahibkarlığı inkişaf etdirməklə ölkənin davamlı iqtisadi tərəqqisini təmin edib
26.04.2016 [16:12]
Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 ili tamam olur. Hər il Ulu öndərimizin doğum günü xalqımız tərəfindən respublikanın bütün guşələrində milli bayram səviyyəsində təntənə ilə qeyd olunur. Çünki müasir müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq qətiyyətli addımlar atması nəticəsində xalqımız bir çox təhlükələrdən xilas oldu. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə sabitlik bərpa olundu və inkişaf prosesləri başladı.
Ümumiyyətlə, Azərbaycanda bütün sahələrin, o cümlədən də sahibkarlığın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərib və ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayıb. Böyük dövlət xadimi Heydər Əliyev bu məsələ ilə bağlı bildirib: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olub. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artmağa başlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.
Ulu öndər sahibkarlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib
Qeyd edək ki, Ulu öndər hələ 1993-cü ildə "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)' Dövlət Proqramını təsdiq etdi. Bu fakt Onun ölkə sahibkarlarına diqqətinin bariz nümunəsidir. 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzalanan Fərman isə bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəlmişdi. Bununla yanaşı, nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən Dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olub, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilib.
Qeyd edək ki, 1993-2003-cü illərdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapıb. Həmçinin bu sahə ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılıb. Belə ki, Ulu öndərin "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilib. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilib, eləcə də "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər vacib qanunlar qəbul olunub. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirib, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin yaradıb.
Onu da vurğulayaq ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafında dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olub. 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" və 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərmanlar məhz bu məsələ ilə əlaqədar olub.
Bunlardan əlavə, Ümummilli lider Heydər Əliyev tərəfindən 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlar imzalanıb ki, bu sənədlər əsasında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilməklə onların qarşısının alınması üçün kompleks islahatlar aparılıb.
Ulu öndərin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı" da təsdiq edilib ki, bu da özəl sektorun dirçəlişində vacib addımlardan biri oldu. Bu sahədə ən mühüm addımlardan biri də dövlət başçısının 27 avqust 2002-ci il tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinin təsdiqlənməsi və onun strukturunun formalaşdırılmasıdır. Hazırda da bu Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərir, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olur.
Azərbaycanda sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev mütəmadi olaraq iş adamları ilə görüşlər keçirir, onların problemləri ilə maraqlanır və bu problemlərin həlli üçün lazımi addımlar atırdı. Belə görüşlərə misal olaraq 2002-ci ilin 25 aprel tarixində yerli və həmin ilin may ayında xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Beləliklə, Ulu öndərin diqqət və qayğısı nəticəsində 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətində uğurlu siyasət həyata keçirildi. Bu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artdı.
Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təqdirəlayiq haldır ki, son illərdə respublikamızda qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı hesabına genişlənib. Prezident İlham Əliyev respublikamızda sahibkarlığın inkişafının prioritet olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bölgələrində və Bakıda sahibkarlığın inkişafı üçün yaxşı imkanlar var: "Gələcək inkişafımızın uğurlu və dayanıqlı davamı üçün sahibkarlığın inkişafı prioritet olaraq qalır. Bu gün özəl sektor inkişaf edir, o cümlədən dövlət dəstəyi hesabına güzəştli kreditlər verilir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Biz gələcəkdə bu sahədə daha da fəal işlər aparmalıyıq ki, sahibkarlığı maksimum dərəcədə inkişaf etdirək".
Sahibkarlığın inkişafına dövlət dəstəyi yeni mərhələdə də uğurla davam edir
Son illər dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik və tərəfdaş ölkələrdə milli valyutaların dəyərdən düşməsi fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlılıq nümayiş etdirməsi bir daha göstərir ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti və vaxtında görülmüş qabaqlayıcı tədbirlər dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradıb.
İqtisadiyyat naziri Şahin Mustafayev mətbuata müsahibəsində bildirib ki, ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir: "Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə daim özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir, bu sahədə müxtəlif islahatlar aparılır. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 677 mindən çoxdur. Hazırda ÜDM-in həcmində özəl sektorun payı 80 faizi, məşğulluqda isə 74 faizi ötüb. 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər 12600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64 faizi regionların, 36 faizi Bakı şəhərinin qəsəbələrinin payına düşür. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötənilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək".
Qeyd edək ki, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasətin davamı olaraq, son zamanlar Azərbaycan Prezidentinin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalaşdırma sistemi təkmilləşdirilib, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində mühüm qərarlar qəbul edilib. Sahibkarlıq sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında Apellyasiya Şuralarının yaradılmasıdır. Bundan başqa, müvafiq qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunub. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50 faizinə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etməsinin əyani göstəriciləridir.
Nardar BAYRAMLI
"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

