Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır
18.06.2016 [11:16]
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox birbaşa investisiya qoyulub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Rusiya Federasiyasında səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Moskvada Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ilə görüşündə səsləndirilib.
Görüşdə Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkələrimiz üçün yaratdığı tranzit imkanları və dəhlizin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən artıq sənəd imzalanıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox birbaşa investisiya qoyulub. İndiyədək 15 iclası keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.
Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan Şahin Mustafayev kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarına da ixrac edilir. Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı üzrə İşçi Qrupu fəaliyyət göstərir. İşçi Qrupunun iclası çərçivəsində Rusiya nümayəndə heyəti Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrində istehsal prosesi ilə yaxından tanış olublar və belə səfərlər davam etdirilə bilər. Şahin Mustafayev Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr, Azərbaycan Prezidentinin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi strateji xarakterli qərarlar barədə geniş məlumat verib. Regional əlaqələrdən danışan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirib, əməkdaşlığın genişlənməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini qeyd edən Aleksey Ulyukayev iqtisadi-ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Görüşdə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun bu ilin dekabrında Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

