Bakıda “Multikultural cəmiyyət və turizm” mövzusunda “dəyirmi masa” keçirilib
28.09.2016 [10:16]
Bakıda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) ilə əməkdaşlıq çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabrın 27-də “Multikultural cəmiyyət və turizm” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması və Azərbaycanın DTT-yə üzv qəbul edilməsinin 15 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son vaxtlar dövlətimizin bir çox sahələrdə qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dövlətimizin dünyada artan nüfuzundan və qüdrətindən xəbər verir. “Multikultural cəmiyyət və turizm” mövzusunda “dəyirmi masa”nın Dünya Turizm Günündə və Azərbaycanda “Turizm işçiləri günü”ndə keçirilməsi olduqca əhəmiyyətlidir.
Nazir ölkəmizdə turizm sənayesinin inkişafından danışaraq vurğulayıb ki, bu sahə hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bu yaxınlarda dövlətimizin başçısının müvafiq sərəncamları bir daha göstərdi ki, turizmin inkişafı hökumət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə multikulturalizm və mədəniyyətlərarası dialoqun inkişafından söz açan nazir Azərbaycanın bu yöndə dünya dövlətləri arasında tutduğu mövqedən bəhs edib.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir daha göstərdi ki, Azərbaycan tolerant ölkədir və bu ənənə tarixi səciyyə daşıyır. Bu gün ölkəmiz dünyada multikultural ənənələri özündə birləşdirən və bu ənənələri yaşadan ölkə kimi tanınır. Tarixən Azərbaycanda müxtəlif mədəniyyətlər olsa da, burada insanlar hər zaman mehriban şəraitdə yaşayıblar və bu gün də yaşamaqdadırlar. Bütün bunların nəticəsi olaraq dövlətimizin başçısının göstərişi əsasında Azərbaycanda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Xalqımızın qonaqpərvər olmasına diqqət çəkən Ə.Qarayev bildirib ki, bunun göstəricisi kimi, Azərbaycana gələn turistlərin sayı da artıb.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tədbirdə çıxış edərək multikulturalizm ənənələrindən söz açıb: “Bu gün Azərbaycan multikulturalizmindən danışarkən Ulu öndər Heydər Əliyevin “Multikulturalizm Azərbaycan xalqının canına, qanına xas olan bir dəyərdir” sözlərindən çıxış edirik. Prezident İlham Əliyevin xalqın milli dəyərlərinə sadiq qalaraq 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dövlətimizin hər bir vətəndaşının dünya dəyərlərinə hörmətlə yanaşmasının göstəricisidir. Azərbaycanda yaşayan müxtəlif millətlərin və konfessiyaların nümayəndələri bir-biri ilə ahəngdar rəftar edirlər. Bu gün Azərbaycan cəmiyyəti dünyanın aparıcı cəmiyyətləri sırasında qərarlaşır. Bunun nəticəsidir ki, dünya xalqları və ölkələri tərəfindən Azərbaycana diqqətcil münasibət göstərilir. Azərbaycan multikulturalizmi Portuqaliyadan tutmuş İndoneziyayadək ölkələrin universitetlərində tədris edilir. Bu da xalqımızın mədəniyyətinin, ictimai-siyasi həyatının, ədəbiyyatının, dilinin və dininin öyrənilməsi deməkdir. Bu gün Avropanın bir sıra ölkələri multikulturalizmdən imtina ediblər. Bu, multikulturalizmə olan bədbin münasibətin nəticəsidir. Dövlətimizin başçısının ölkəmizdə multikulturalizmi dövlət siyasəti elan etməsi multikultural həyatın nikbin ruhunu müəyyənləşdirir. Belə ki, multikultural cəmiyyətdə turizmin inkişafı və bu yöndə atılan addımlar da təqdirəlayiqdir, alqışlanası addımlardır”.
DTT-nin proqramlar və əlaqələndirmə üzrə icraçı direktoru Zoltan Somogyi Dünya Turizm Günü münasibətilə qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb. Azərbaycana beşinci dəfədir gəldiyini deyən Z.Somogyi hər səfər zamanı ölkəmizin sürətlə inkişafını müşahidə etməsini vurğulayıb. Onun sözlərinə görə, son zamanlar Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlar danılmazdır. Turizm sənayesinin inkişafı ölkə iqtisadiyyatının əsas parametrlərindən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ildən başlayaraq hər il sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilməsi təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, dünyada son beş ay ərzində turizm sahəsində beş faiz artım müşahidə olunub. Z.Somogyi dünyada turizm sənayesinin inkişafında təhlükəsizlik mexanizmlərinin vacib olduğunu qeyd edərək turistlərin rahat, maneəsiz hərəkətləri üçün lazimi şəraitin yaradılmasından danışıb. Multikultural cəmiyyətdə turizmin inkişafı, ümumiyyətlə, bu sahənin perspektivləri və turistlərin ölkəyə cəlb olunması istiqamətində zəruri işlər görülməlidir. Turizmin inkişafı üçün dünyada sülhün bərqərar olması vacibdir.
Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa toxunaraq vurğulayıb ki, bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən turizm sənayesində böyük irəliləyişlər müşahidə edilir. Türkiyənin və Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bildirən türkiyəli nazir, dünyada mədəniyyətlərarası dialoqun əhəmiyyətindən və Azərbaycanda multikultural dəyərlərdən söz açıb. N.Avcı iki ölkə arasında əlaqələrin daha da genişlənməsi istiqamətində bütün sahələrdə, o cümlədən mədəniyyət və turizm sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Tədbirdə Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra “dəyirmi masa” “Multikulturalizmin turizmdə rolu” və “Mədəniyyətlər arasında tolerantlıq və anlaşmanın inkişafında turizmin rolu” mövzularında panellərlə öz işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

