/ / Əfqan İsayev: Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 50 faizini icra edib
Əfqan İsayev: Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 50 faizini icra edib
24.12.2016 [11:06]
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə - “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (“Şahdəniz”), “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Qeyd olunan layihələrdə Azərbaycanın mənafeyini qorumaq, Azərbaycan dövləti tərəfindən layihə iştirakçılarına hərtərəfli kömək göstərilməsini və əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 29 oktyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Habelə ölkə başçısının 2014-cü il 25 fevral tarixli Sərəncamına əsasən səhmlərinin 51 faizi dövlət mülkiyyətində (İqtisadiyyat Nazirliyi), 49 faizi isə SOCAR-a məxsus “Cənub Qaz Dəhlizi” QSC (CQD) təsis edilib. “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev “Cənub Qaz Dəhlizi” layihəsinin seqmentlərini təşkil edən layihələrin icra vəziyyəti və CQD-nin maliyyələşdirilməsi ilə bağlı son məlumatları məxsusi olaraq AZƏRTAC-la bölüşüb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Əfqan müəllim, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə dövlət büdcəsində nəzərdə tutulmuş transfertlərin minimuma endirilməsi üçün hansı işlər görülür?
- Ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş investisiyayönümlü “Cənub Qaz Dəhlizi” layihəsinin 2016-2019-cu illərdə maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş transfertlərin minimuma endirilməsi məqsədilə “Cənub Qaz Dəhlizi” QSC-nin beynəlxalq maliyyə institutları vasitəsilə kreditləşməsi nəzərdə tutulub. Bununla əlaqədar, beynəlxalq maliyyə məsləhətçisi cəlb edilib və onun tövsiyələri əsasında beynəlxalq maliyyə institutları ilə danışıqlara başlanılıb.
İlin əvvəlindən neftin qiymətinin dünya bazarında kəskin şəkildə aşağı düşməsi, dünya iqtisadiyyatında artan qeyri-müəyyənlik şəraitində “Cənub Qaz Dəhlizi” QSC tərəfindən “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi və hasil olunacaq qazın Avropa bazarına çatdırılmasının təmin edilməsinin əlverişli şərtlərlə maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar nəticəsində bir sıra nailiyyətlər əldə olunub. Qeyd etmək vacibdir ki, “Cənub Qaz Dəhlizi” layihəsi mühüm strateji layihə olmaqla, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqdan əldə olunan müvəffəqiyyətlər Avropa İttifaqının (Aİ) qaz təchizatında yeni mənbəni təmin edəcək. Layihə Azərbaycanın iqtisadiyyatına böyük fayda verəcək, bu dövrdə ölkəyə orta müddətdə kapital axınının həcminin artmasını təmin edəcək.
- İndiyədək hansı beynəlxalq maliyyə qurumları “Cənub Qaz Dəhlizi” layihəsinin kreditləşməsinə cəlb olunub?
- Asiya İnkişaf Bankının Direktorlar Şurası bu il dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi” layihəsi üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib. Hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Həmçinin Dünya Bankının Direktorlar Şurası dekabrın 20-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən 30 il müddətinə 400 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Dünya Bankının Direktorlar Şurası eləcə də, Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən 15 il müddətinə 750 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsinə də qərar verib. Hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər aparılır.
Bundan başqa, Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası dekabrın 21-də TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Hazırda vəsaitin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Yuxarıda adıçəkilən maliyyə institutları kreditin ayrılmasından əvvəl, cari ilin əvvəlindən etibarən başlanılmış intensiv hazırlıq işləri nəticəsində “Cənub Qaz Dəhlizi” layihəsinin bütün iştirakçılarının, eləcə də TANAP-ın ətraf mühit və sosial, texniki təhlilini (due diligence) və “Cənub Qaz Dəhlizi” QSC-nin müstəqil maliyyə-iqtisadi təhlilini (due diligence) keçiriblər.
Qeyd olunan kreditlərlə bağlı işlər tamamlandıqca, məlumatlar ictimailəşdiriləcək.
- Əfqan müəllim, Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin neçə faizini icra edib?
- “Cənub Qaz Dəhlizi” QSC tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 2014-2019-cu illər üzrə ümumi tələb olunan təqribən 11,9 milyard dollar məbləğində vəsaitdən indiyədək 6 milyard dollar hissəsi, yəni təqribən 50 faizi icra edilib. Bunun 2 milyard dollar məbləğində hissəsi 2016-cı il ərzində - bu günə kimi xərclənib.
- “Cənub” qaz dəhlizinin seqmentlərini təşkil edən layihələrin icrasının cari vəziyyəti necədir?
- “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 87,9 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 74,5 faizi, TANAP-ın inşası üzrə işlərin 59,3 faizi, TAP qaz boru kəmərinin tikintisi üzrə işlərin 31,8 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir.
- Çox sağ olun.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

