Forum çərçivəsində keçirilən növbəti sessiyada turizmin inkişaf perspektivlərinə nəzər salınıb
06.05.2017 [12:41]
Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel sessiya keçirilib.
Sessiyanın moderatoru olan Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai hər zaman aktuallığı ilə seçilən turizm mövzusuna həsr edilən sessiyanın əhəmiyyətini vurğulayıb. O, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Petra Milli İnam Fondunun prezidenti Şahzadə Dana Firas “Turizm dünyanı necə yaxşılaşdıra bilər?” mövzusunda çıxış edib. Bildirib ki, turizmin davamlı inkişafı üçün bu sahədə beynəlxalq təcrübəyə əsaslanan səmərəli metodlardan istifadə olunmalıdır. Hər bir ölkənin sosial-iqtisadi reallıqlarına uyğun layihələr işlənilməlidir. Şahzadə Dana Firas hesab edir ki, turizm ölkələrə mənfəət gətirməklə yanaşı, həm də ölkələrin tanıdılmasına yardımçı olur.
Şri-Lankanın turizmin inkişafı və xristian dini işlər üzrə nazir müavini Arundika Fernando ölkəsinin turizmi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Şri-Lankada turistləri cəlb edən bir amil də buradakı qədim memarlıq abidələridir. Turistlər bu ölkəni daha çox tarixlə yaxından tanış olmaq üçün seçirlər. Şri-Lankada əsasən çoxdinli insanların yaşadığını vurğulayan nazir müavini burada həmin insanların mehriban şəraitdə yaşadıqlarını qeyd edib. “Dini və milli rəngarənglik şəhərin arxitekturasında da özünəməxsus iz buraxıb”, - deyə Arundika Fernando bildirib.
Kambocanın Turizm Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və ASEAN departamentinin direktoru Thok Sokhom ölkəsində müharibələrdən sonra turizmin tamamilə məhv olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1987-ci ildən sonra Kambocada turizmin inkişafı haqqında düşünülməyə başlanılıb. O zaman BMT-nin inkişaf proqramlarından yararlanmaq üçün quruma müraciətlər olub. Thok Sokhom deyib ki, turizmin inkişafı üçün qanunlar qəbul olunmalı və işlək vəziyyətə gətirilməlidir.
Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar İdarəsinin sədri və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin prezidenti Şaika Mai Bint Mohammad əl-Xəlifə Bəhreyndə turizmin şaxələndirilməsinə dair həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, ölkəsinin özünəməxsus adət-ənənələri var və onlar turistlərin hər zaman diqqətini çəkib. “Bəhreyndə əsasən turizmin keyfiyyəti haqqında düşünülür”, - deyən Şaika Mai Bint Mohammad əl-Xəlifə bu sahənin inkişaf etdirilməsində keyfiyyətin əsas şərtlərdən biri olduğunu vurğulayıb.
Belçika Xarici İşlər Nazirliyinin Flandriya departamentinin baş katibi Koen Verlaext sessiyanın hər kəsdə maraq kəsb etdiyini bildirib. Bu gün bütün dünya ölkələrinin turizmə böyük yatırımlar qoyduğunu vurğulayan Koen Verlaext deyib ki, ölkəsində turistlərin rahatlığı üçün lazımi layihələr həyata keçirilir. Baş katib Flandriyada turistlərin əsasən döyüşlərin baş verdiyi yerlərə, hərbi qəbiristanlıqlara baş çəkdiklərini vurğulayıb.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin turizm potensialı və turizm siyasətindən danışıb. Turizmdə Azərbaycanın rəqabət imkanlarının çox yüksək olduğunu deyən nazir vurğulayıb ki, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Nazir əlavə edib ki, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.
Turizm Vasitəsilə Beynəlxalq Sülh İnstitutunun təsisçisi və prezidenti Luis D Amor özünün təcrübəsindən danışıb. O, turizm sahəsində əldə etdiyi uğurların səbəbini dünya təcrübəsinə uyğunlaşmaqda gördüyünü deyib. Bu sahədə nailiyyətlərə imza atmağın yollarından biri kimi müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:21
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41

