Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb

Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb

16.12.2017 [01:01]

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən qısa nəqliyyat dəhlizidir. Qara dəniz ölkələri bu dəmir yolu xəttindən səmərəli istifadə edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Nazir müavini deyib ki, Azərbaycan yeni yaratdığı beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional layihələri həyata keçirməyə hazırdır.
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə qara dəniz ölkələrinə idxal və ixrac əməliyyatlarını artırmaq olar”, - deyə M.Məmməd-Quliyev əlavə edib.
Sessiyada çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da bildirib ki, Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə ticarət dövriyyələrini artıra bilərlər. Türkiyə yeni nəqliyyat infrastrukturu vasitəsilə birgə iqtisadi layihələri həyata keçirməyə hazırdır.

Paylaş:
Baxılıb: 1051 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30