Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişlənir
17.01.2018 [10:20]
Yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq
Azərbaycan və Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrup yaradılacaq.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib. Qəbula görə təşəkkürünü bildirən nazir Azərbaycan Prezidenti İlham Əliyevin Krala ünvanlanmış məktubunu təqdim edib. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevlə səmimi münasibətlərindən məmnunluğunu bildirib və Azərbaycanın dövlət başçısına onun salamlarını çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında çoxəsrlik tarixi və mədəni köklərə malik olan əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.
P.Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.
Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq. Səudiyyəli nazir enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.
Görüşdə, həmçinin neftin qiymətinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.
Nümayəndə heyətinin səfər proqramına “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti “Mədən” neft-kimya şirkətinin baş icraçı direktoru Xalid Əl-Mudafier ilə də görüşüb.
P.Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan ilə baş tutan görüşündə isə Bakının “Ekspo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa, Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə də baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasında (SABIC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft Emalı və Neft-kimya zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.
Energetika naziri, həmçinin “Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri ilə də tanış olub, onların fəaliyyət istiqamətləri ilə maraqlanıb.
Səfər zamanı ən böyük neft yataqlarından olan “Manifa” neft yatağına da baxış keçirilib.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovu Səudiyyə Ərəbistanına səfərində Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev, energetika nazirinin müşaviri Zaur Məmmədov və SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov müşayiət edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17

