Azərbaycanın və Türkiyənin sahibkar qadınları görüşüblər
16.02.2018 [09:29]
“Sahibkar Qadınlar” İctimai Birliyi ilə ANGİKAD işgüzar qadınlar təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycan Respublikası “Sahibkar Qadınlar” İctimai Birliyi tərəfindən fevralın 15-də Türkiyənin ANGİKAD işgüzar qadınlar təşkilatının idarə heyətinin sədri Yeşim Bellinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın “Nuray” ətir kolleksiyası və gənc rəssam Aygün Nağıyevanın dekorativ tətbiqi sənət əsərlərinin sərgisi ilə tanış olublar.
Birliyin sədri Zemfira Ağayeva Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətindən danışıb. Sahibkarlığın inkişafına dövlət dəstəyinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan Z.Ağayeva hazırda bu işin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, dövlətimizin başçısının imzaladığı fərmanlar özəl sektorun inkişafını daha da sürətləndirməyə təkan verib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının sahibkarlığın inkişafında mühüm rolu var. Z.Ağayeva 2001-ci ildən yaranan birliyin beş mindən çox üzvü olduğunu və onların 60 faizini gənclərin təşkil etdiyini söyləyib.
Türkiyənin ANGİKAD işgüzar qadınlar təşkilatının idarə heyətinin sədri Yeşim Belli rəhbərlik etdiyi qurum barədə məlumat verib. O, qadın sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində belə görüşlərin mühüm rolunu qeyd edib.
Modelyer Fəxriyyə Xələfova qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu vurğulayıb, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Sonda “Sahibkar Qadınlar” İctimai Birliyi ilə ANGİKAD işgüzar qadınlar təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Birliyin sədri Zemfira Ağayeva və ANGİKAD təşkilatının idarə heyətinin sədri Yeşim Belli imzalayıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 11:55
Ədəbiyyat
17 İyul 11:42
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50

