/ / Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə və sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək
Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə və sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək
01.08.2018 [09:30]
Müvafiq tarif tənzimləməsindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə Azərbaycanda olduqca aşağı səviyyədədir
Xəbər verildiyi kimi, Tarif (qiymət) Şurası tərəfindən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Qərarda vurğulanır ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif Şurasına müraciətlər olunub. Müraciətlər əsasında Tarif Şurası metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifini 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edib.
Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Onun sözlərinə görə, avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin sonuncu dəfə müəyyən olunduğu 2007-ci ildən bu yana nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. N.Allahyarova bildirib ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi: “Daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi. Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib. Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə bildirib ki, Bakı metrosu bütün hallarda MDB məkanında ən ucuz qiymətə sərnişindaşıma həyata keçirir. Onun sözlərinə görə, avqustun 1-dən metroda sərnişindaşıma yeni tariflərlə həyata keçiriləcək. Belə ki, bir gedişin qiyməti Tarif Şurasının qərarı ilə 30 qəpik müəyyən olunub: “Bakı Metropolitenində sonuncu dəfə tarif dəyişikliyi 2011-ci il dekabrın 1-də olub. Həmin il noyabr ayının 24-də Tarif Şurasının verdiyi qərara əsasən qiymətlər 15 qəpikdən 20 qəpiyə dəyişdirilib. Həmin dövrdən bu zamana qədər metroda heç bir tarif dəyişikliyi baş verməyib. Metroda bir sərnişin daşınmasının istismar xərcləri 47 qəpiyə bərabərdir. Hətta son tarif dəyişikliyindən sonra da arada 17 qəpiklik fərq olacaq. Qeyd edim ki, 47 qəpiklik istismar xərcinə metro stansiyalarının, tunellərin inşası, yeni qatarların alınması, təmiri, modernləşdirilməsi, mövcud stansiyaların infrastrukturunun yenidən qurulması daxil deyil”.
B.Məmmədov bildirib ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat təşkil edir. Kiyevdə də bu yaxınlarda metroda sərnişindaşımanın qiyməti qalxıb. Bu isə bizim hazırkı valyuta kursu ilə 47-50 qəpik arasında dəyişir: “Bir sözlə, MDB məkanına baxsaq, yenə ən ucuz tariflər Bakıdadır. Rusiyaya nəzər salsaq görərik ki, bu ölkə metro sahəsi ilə bağlı böyük potensiala malikdir. Burada metro ilə bağlı bir çox sahələr üzrə müəssisələr mövcuddur. Lakin buna baxmayaraq, Rusiyada da metroda gediş haqqı Bakıdakı qiymətlərdən daha yüksəkdir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDiaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35

