/ / Türkmənbaşı şəhərində Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə beynəlxalq nəqliyyat konfransı keçirilib
Türkmənbaşı şəhərində Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə beynəlxalq nəqliyyat konfransı keçirilib
29.11.2018 [09:57]
Noyabrın 28-də Türkmənbaşı şəhərində tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin iştirakçısı olan ölkələrin (Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə) nəqliyyat nazirlərinin beynəlxalq konfransı keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konfransın işində Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər daxil idi.
Konfrans “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında Sazişin müddəalarının qısa müddətdə həyata keçirilməsini təmin etmək məqsədilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamına müvafiq olaraq keçirilib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun konfrans iştirakçılarına təbrikini Türkmənistanın Baş nazirinin müavini Məmmədxan Çakıyev oxuyub.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Plenar iclasda çıxış edərək bildirib ki, Azərbaycan “Lapis-Lazuli” layihəsinin reallaşdırılması üçün əlindən gələni edəcək. Baş nazirin birinci müavini deyib ki, nəqliyyat sahəsi Azərbaycan-Türkmənistan tərəfdaşlığının strateji istiqamətlərindən biridir. Bu sahədə tranzit-nəqliyyat və logistika infrastrukturunun yaradılması və inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Yaqub Eyyubov Azərbaycan Prezidentinin bu günlərdə Türkmənistana rəsmi səfər etməsini xatırladaraq deyib ki, həmin səfər müddətində nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Səfər çərçivəsində imzalanmış 21 sənəddən 9-u tranzit-nəqliyyat əməkdaşlığına aiddir. Bu il Bakı və Türkmənbaşı şəhərlərində açılmış limanları “Lapis-Lazuli” nəqliyyat marşrutunun əsas yükaşırma məntəqələri adlandıran Y.Eyyubov bildirib ki, Bakı limanının yükaşırma qabiliyyəti birinci mərhələdə ildə 15 milyon tona, növbəti mərhələdə isə ildə 25 milyon tona bərabər olacaq. Tranzit-nəqliyyat əməkdaşlığını ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın mühüm amillərindən biri adlandıran Azərbaycan Baş nazirinin birinci müavini xatırladıb ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səyləri ilə bir il bundan əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur.
Plenar iclasda Özbəkistan Respublikası Baş nazirinin birinci müavini Açılbay Ramatov, Türkiyə Respublikası nəqliyyat və infrastruktur naziri Cahit Turxan, Əfqanıstan İslam Respublikasının nəqliyyat naziri Təhmasi Möhd Hamid, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski çıxış ediblər.
MDB nümayəndəsi “Lapis-Lazuli” layihəsinin reallaşdırılmasını dəstəklədiyini bildirərək deyib ki, bu layihə həyata keçirilən qitələrarası layihələrin şərq budağı olacaq. V.Quminski nəqliyyat dəhlizlərinin şaxələndirilməsinin əhəmiyyətindən söhbət açaraq Azərbaycan Prezidenti İlham Əliyevin bu fikrini sitat gətirib ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti yeni tranzit-nəqliyyat imkanları yaradır, ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əlaqələri genişləndirir.
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə forumda “Tranzit-nəqliyyat dəhlizinin fəallaşmasında dövlətlərarası əməkdaşlığın rolu, tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti” seksiyasında çıxış edib. O vurğulayıb ki, nəqliyyat və tranzit infrastrukturunun inkişafı Azərbaycanın hərtərəfli inkişafı, qarşıdakı illərdə onun sabit və ardıcıl tərəqqisinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2016-cı ilin sonunda Azərbaycanda iqtisadiyyatın bütün əsas sektorlarını əhatə edən 12 Strateji Yol Xəritəsi qəbul edilib.
Strateji Yol xəritələrində başqa sektorlarla yanaşı, logistika və ticarət sektorlarına da diqqət yetirilib, Azərbaycanın regional logistika və ticarət mərkəzi kimi aparıcı rolunun artması qeyd edilib.
“Şimal-Cənub”, “Bakı-Tbilisi-Qars”, “Cənub-Qərb” və “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşduğu məkanda yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən logistik zəncirin əsas halqasına çevrilmək üçün hər cür şəraitə malikdir.
Bu vəzifənin reallaşdırılması, infrastruktur layihələrinə investisiyalar Azərbaycanın ümumi daxili məhsulunu birbaşa 240 milyon manat, dolayısı ilə daha 140 milyon manat və bütövlükdə 380 milyon manat artırmağa, 5500 yeni iş yeri açılmasına imkan verəcək.
Gözlənildiyinə görə, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutlarının sayəsində ölkənin ümumi daxili məhsulu hər il 7 faiz artacaq. Konteyner, quru, maye və qablaşdırılmış yüklərin bütün kateqoriyalarının daşınmasında Azərbaycanın iştirakı təmin olunacaq.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov “Multimodal daşımalar və onların dövriyyəsi” seksiyasında çıxış edib. O vurğulayıb ki, ölkəmizin “Qərb-Şərq” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşməsi və ölkədə mövcud olan siyasi sabitlik sayəsində Bakı limanı əcnəbi sərmayədarlar üçün cəlbedici olub. T.Ziyadov bildirib ki, Bakı limanında yükdaşımaların dinamikası ildən-ilə artır. Cari ilin 10 ayı ərzində konteynerlərin aşırılması göstəricisi 50,6 faiz artaraq 18.728 TEU olub, limanın xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 48,5 faiz artaraq 39.215-ə bərabər olub.
Bu gün Bakı limanı yükdaşımaların bütün növlərini həyata keçirməyə imkan verir. T.Ziyadovun sözlərinə görə, hazırda limanın tamamilə avtomatlaşdırılmış şəkildə idarə edilməsi üçün son sınaq yoxlamaları aparılır. Bütün bunlar beynəlxalq nəqliyyat marşrutlarında, o cümlədən “Lapis-Lazuli” marşrutunda yükdaşımaları və boşaldılan yüklərin yenidən yüklənməsi işlərini səmərəli və sürətlə həyata keçirməyə şərait yaradır.
Tədbir öz işini plenar iclaslarda, habelə “Tranzit-nəqliyyat dəhlizlərinin fəaliyyətində dövlətlərarası əməkdaşlığın rolu”, “Tranzit-nəqliyyat dəhlizlərinin inkişafında logistik şirkətlərin əhəmiyyəti”, “İnfrastruktur və nəqliyyat imkanları”, “Multimodal daşımalar və onların dövriyyəsi” mövzularına həsr edilmiş seksiyalarda davam etdirib. Konfrans çərçivəsində sərgi təşkil olunub.
Xatırladaq ki, “Lapis-Lazuli” marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.
Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lapis-Lazuli” beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.
Forumun işində Sazişin iştirakçısı olan ölkələrin nüfuzlu nümayəndə heyətləri, dünyanın bir sıra ölkələrindən gəlmiş mütəxəssislər, o cümlədən nəqliyyat şirkətlərinin, sahəvi nazirlik və idarələrin, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak ediblər.
Beynəlxalq konfransın iştirakçıları yekun bəyannamə qəbul ediblər. Sənəddə davamlı inkişafın mühüm elementlərindən biri kimi nəqliyyat və tranzit dəhlizlərinin yaradılması və inkişafı işində beynəlxalq əməkdaşlığın zəruriliyi vurğulanır. Yekun bəyannamədə deyilir: “Sabit regional inkişafın təmin edilməsi üçün Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit və nəqliyyat əməkdaşlığı haqqında “Lapis-Lazuli” Sazişinin əhəmiyyətini xüsusi vurğulayırıq. Sazişin müddəalarının praktiki surətdə həyata keçirilməsi məqsədilə iştirakçı ölkələrin müvafiq idarələrinin nümayəndələri arasında müntəzəm görüşlər keçirilməsinin zəruriliyini qeyd edirik. Digər ölkələrin sazişə qoşulmağa marağını alqışlayırıq.
Nəqliyyatın bütün növləri arasında əlaqələrin möhkəmlənməsi və tranzit-nəqliyyat dəhlizlərinin inkişafı üçün BMT sisteminə daxil olan təşkilatlar və digər beynəlxalq təşkilatlar, müvafiq beynəlxalq maliyyə təsisatları, çoxtərəfli və ikitərəfli donorlar və özəl sektor tərəfindən ölkələrə maliyyə və texniki yardımın səfərbər edilməsi işində səyləri əlaqələndirməyin və əməkdaşlığın zəruriliyini vurğulayırıq.
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

