/ / Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb
21.02.2019 [09:59]
Fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi toplantı iştirakçıları adından Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger imzalayıb.
İmzalanma mərasimindən sonra toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Energetika naziri deyib ki, bu gün imzalanan “Birgə Bəyannamə”də strateji tərəfdaşlıq ön plana çəkilib və layihənin təşəbbüskarı olan Azərbaycanın rolu bir daha qeyd edilib. İclas zamanı Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrası üzrə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Builki iclasın iştirakçılarının sayında da artım olub. İclasa 17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və San-Marino ilk dəfə iclasda təmsil olunub. Bu, Cənub Qaz Dəhlizinə marağın artdığının bariz nümunəsidir.
P.Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrdən “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP-ın Türkiyə təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb. Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəmərinin inşasının 85 faizi tamamlanıb.
Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger isə qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı enerji əməkdaşlığının böyük perspektivləri var. Avropa İttifaqı Azərbaycanda enerji sektorunun daha da inkişafına dəstək verməyə hazırdır: “Biz hələ 2009-cu ildə Xəzərdə hasil olunan təbii qazın Avropaya nəqlinə dair ideyaları eşitməyə başladıq. İlkin olaraq “Nabucco” layihəsi irəli sürüldü. Bu layihə çərçivəsində nəzərdə tutulurdu ki, Xəzər qazı Avropa bazarına çatdırılsın. “Nabucco” opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə reallıqdır”.
Günter Ottinger bildirib ki, “Şahdəniz-2” yatağından hasil olunan qaz artıq boru kəməri ilə Türkiyəyə çatdırılır. Bu layihənin sonuncu hissəsi - TAP layihəsi üzrə işlər davam edir. Ümidvarıq ki, həmin işlər 2019-2020-ci illərdə tamamlanacaq: “Nazirlər səviyyəsində keçirilən bu toplantı çox mühüm tədbirə çevrilib. İtaliyadan olan nümayəndələr də TAP layihəsinin önəminə toxundular. Azərbaycan qazının İtaliyaya çatdırılması istiqamətində işlər gedir. Avropa üçün enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir”.
Avrokomissar vurğulayıb ki, Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara genişləndirilməsi müzakirə olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcminin ən azı iki dəfə artırılması, ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılmasıdır.
“Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Bunlar arasında hasil edilən yanacaq, bərpaolunan enerji mənbələri, həmçinin elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi məqamlar var. Nəqliyyat sahəsində də bizim əməkdaşlığımız genişlənə bilər. Avropa İttifaqı Azərbaycanın öz iqtisadiyyatını daha da şaxələndirməsinə töhfə vermək, enerji və bərpaolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir”, - deyə o əlavə edib.
Xatırladaq ki, Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.
Xəbər lenti
Hamısına baxHadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31

