/ / Azərbaycanda azad sahibkarlığın inkişafına yönələn dəstək tədbirlərinin əhatə dairəsi genişlənir
Azərbaycanda azad sahibkarlığın inkişafına yönələn dəstək tədbirlərinin əhatə dairəsi genişlənir
14.03.2019 [09:39]
Son 15 ildə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib
Dünyanın mənzərəsinə nəzər salsaq, görərik ki, ayrı-ayrı ölkələr məhz liberal iqtisadiyyata keçid sayəsində yüksək inkişaf səviyyəsinə çatıblar. Ötən əsrin doxsanıncı illərinin əvvəlində yenidən müstəqilliyə qovuşan Azərbaycan da dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək sovet dövrünün planlı iqtisadiyyatından imtina edərək liberal bazar iqtisadiyyatına transformasiya yolu tutdu. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gələn Ulu Öndər Heydər Əliyev qəti şəkildə bəyan etdi ki, müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. Ümummilli Lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə aydınlıq gətirərək deyib: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Qısa müstəqillik tarixində Azərbaycanda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur
Respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu özəl bölmənin inkişafına dəstək siyasəti son 15 ildə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib. Bunun məntiqi nəticəsidir ki, ölkədə liberal iqtisadiyyata transformasiya prosesi uğurla yekunlaşıb, özəl sektorda istehsal imkanları əhəmiyyətli dərəcədə genişlənib. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda respublikamızda ümumi daxili məhsul istehsalında, məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin xüsusi çəkisi 70 faizi ötüb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Qısa müstəqillik tarixində Azərbaycanda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb.
Dünyada iqtisadi-maliyyə böhranının yaşandığı, digər mənfi tendensiyaların müşahidə edildiyi yeni iqtisadi şəraitdə Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında özəl bölməyə siyasi və maddi dəstək tədbirlərini daha da gücləndirib. Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür. Sahibkarlar onlar üçün yaradılan bu kimi imkanlardan bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.
Maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni perspektivlər açıb
Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. Son 15 ildə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. O cümlədən 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində 100-dək sahibkara 8,3 milyon manat güzəştli kredit verilib.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb.
“KOB Dostu” daim sahibkarların yanında olacaq
İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi öz səlahiyyətləri çərçivəsində respublikanın bölgələrində “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) proqramını uğurla reallaşdırır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi müasir innovasiyaları tətbiq etməklə biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ölkə üzrə sahibkarlara zəruri səyyar xidmətlər göstərir. Bu xidmətlər qurumun nəzdində yaradılan “KOB Evləri”, “KOB Dostu” şəbəkəsi və “KOB Könüllüləri” vasitəsilə reallaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Ölkədə “KOB Dostu” şəbəkəsinin yaradılmasına 2018-ci ilin sentyabr ayından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. “KOB Dostu” həmişə sahibkarların yanında olacaq və onlara lazımi köməklik göstərəcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmisinin sözlərinə görə, sahibkarlara elektron platformadakı xidmətlərdən istifadə imkanı da yaradılacaq. “Plana əsasən, yeni “E-KOB Evi” portalında “Sahibkarın elektron kabineti” bölməsi və “Elektron sahibkar” sistemi “KOB e-şəbəkəsi”nə daxil edilməklə elektron xidmətlər mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiya olunacaq. Bu istiqamətdə fəaliyyətin məntiqi nəticəsi olaraq, KOB-lar üçün “bir pəncərə” sistemi formalaşacaq. Sahibkar olmaq istəyən və ya sahibkar kimi fəaliyyət göstərən şəxslər bunun sayəsində lazım olan xidmətləri və zəruri dəstəyi vahid məkandan ala biləcəklər”, - deyə O.Məmmədov vurğulayıb.
Azərbaycan şirkətlərinin məhsulları beynəlxalq sərgilərdə uğurla təmsil olunur
Azərbaycanda sahibkarlığın inkişafı strategiyasında qarşıya qoyulan əsas hədəflərdən biri də milli şirkətlərin istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılmasına və onların daha böyük həcmlərdə xarici bazarlara çıxardılmasına nail olmaqdır. Bunun üçün ölkəmizdə ixracın səmərəli təşviq mexanizmi işə salınıb, “Made in Azerbaijan” brendi yaradılıb, xarici ölkələrdə ticarət evləri, məhsullarımızın tanıtım mərkəzləri fəaliyyətə başlayıb.
Dövlət, həmçinin milli şirkətlərin beynəlxalq sərgilərdə vahid ölkə stendində təmsil olunmalarına dəstək verir. Azərbaycanda yetişdirilən meyvə və tərəvəz məhsulları fevral ayının birinci ongünlüyündə Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
İqtisadiyyat Nazirliyindən qəzetimizə verilən məlumata əsasən, Azərbaycan məhsulları fevral ayında Moskvada keçirilən “Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində də uğurla nümayiş olunub. Sərgidə qida, şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 31 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Sərgi çərçivəsində aparılan müzakirələrin nəticəsində Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
Sahibkarlığın inkişafını hədəfləyən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Hazırda Azərbaycanın təqdim etdiyi nümunəvi inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. O cümlədən respublikamızda reallaşdırılan və sahibkarlığın inkişafını hədəfləyən islahatlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Bunu Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatından da görmək mümkündür. Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib. Bəhs olunan hesabatda deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

