/ / Dueyn Alan Voy: Azərbaycan Prezidenti ölkədə kənd təsərrüfatının daha məhsuldar olmasını istəyir və bunu əsas hədəf kimi müəyyənləşdirib
Dueyn Alan Voy: Azərbaycan Prezidenti ölkədə kənd təsərrüfatının daha məhsuldar olmasını istəyir və bunu əsas hədəf kimi müəyyənləşdirib
31.05.2019 [10:37]
Aqrar sahədə amerikalı və azərbaycanlı ekspertlər arasında fikir mübadiləsi və mütərəqqi təcrübənin öyrənilməsi məqsədi daşıyan mübadilə layihəsi çərçivəsində ABŞ Kənd Təsərrüfatı Departamentinin Risklərin İdarə Olunması Agentliyinin regional direktoru Dueyn Alan Voy 2019-cu il may ayının 12-24-dək Azərbaycanda səfərdə olub. O, ölkəmizdə keçirdiyi görüşlər, müzakirə olunan mövzular, Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlığın perspektivləri və digər məsələlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Cənab Voy, əvvəlcə Azərbaycana səfərinizin məqsədləri barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik.
- 2014-cü ildə Bakıda peşəkar ixtisasartırma proqramında iştirak etmişəm və bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk səfərimdə kənd təsərrüfatı sahəsində sığorta və banklarla bağlı çıxışlarım olub. Bilirəm ki, indi sizin parlamentdə də ABŞ-ın kənd təsərrüfatı məhsullarının sığortası ilə bağlı proqramına oxşar layihə müzakirə olunmaqdadır.
Mənim bu səfər zamanı Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanovla və kənd təsərrüfatı naziri İnam Kərimovla görüşlərim olub. ABŞ səfirliyinin məsul əməkdaşı cənab Kris Van Tasel ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını ziyarət etmişik. Mənə məlumdur ki, Azərbaycan Prezidenti ölkədə kənd təsərrüfatının daha məhsuldar olmasını, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsini istəyir və bunu əsas hədəf kimi müəyyənləşdirib.
Beləliklə mən həm də bölgələrə, Gəncə şəhərinə səfər etdim və orada aqrar universitetlə, tədqiqat müəssisələri, laboratoriyalar, bəzi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və istehsalı prosesi ilə tanış oldum. Gəncədə olarkən tələbələrlə ABŞ-da kənd təsərrüfatı məhsulların sığortası ilə bağlı istifadə etdiyimiz bəzi üsullar barədə müzakirələr apardıq. Mən fermerlərin yeni avadanlıqlar almaları və öz istehsallarına sərmayə qoymaları üçün banklardan kreditlər əldə etmələrinə, bununla da gələcək illərdə də öz təsərrüfatlarının davamlılığını təmin etmələrinə çalışmışam. Azərbaycan ölkədə kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün öz fəaliyyətini bu istiqamətdə qurub.
- Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz, nə kimi məsələləri müzakirə etdiniz?
- Mənim, həmçinin ABŞ səfiri ilə də görüşmək imkanım oldu və kənd təsərrüfatı sahəsində istifadə olunan bütün texnologiyaları görə bildim. Mən hətta İsmayıllı rayonunda da oldum və orada bəzi fermerlərlə söhbət etdim, üzüm və şərab, həmçinin süd məhsullarının istehsalı ilə tanış ola bildim.
Azərbaycanda aqrar sektorun inkişafı üçün böyük potensial var və hazırda kənd təsərrüfatı məhsulları istehsalı çox yaxşı səviyyədədir. Ancaq bu sahəni daha da inkişaf etdirmək, eləcə də nəinki Azərbaycan əhalisini ərzaqla təmin etmək, hətta istehsal olunan məhsulları ixrac etmək üçün potensial mövcuddur.
- Azərbaycanda aqrar sektorda həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən yeni islahatlar ölkənin kənd təsərrüfatının inkişaf etməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına və ixrac potensialının artmasına təkan verəcək. Bu da öz növbəsində Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcək.
Qeyd etdiyim kimi, Azərbaycanda dörd il əvvəl olmuşam və ölkənizdə müsbət irəliləyişlərin şəxsən şahidiyəm. Mən aqroparklara və süd məhsulları istehsal edən zavodlara baş çəkmişəm və buradakı məhsulların Amerikada istehsal olunan məhsullara oxşarlıq təşkil etdiyini görmüşəm. Burada müasir investisiya sisteminin, yüksək keyfiyyətli qurğuların, keyfiyyətli istehsal prosesinin və çox müasir süd sağımı maşınlarının və baytarlıq üsulları mövcud olması barədə məlumatım var. Budəfəki səfərim zamanı kənd təsərrüfatının inkişafında, xüsusilə də ərzaq satışı və marketinqi sahəsində irəliləyişlərə nail olunduğunu gördüm. Şübhəsiz ki, bu irəliləyiş islahatlar sayəsində baş verir.
Sizin çox dadlı, keyfiyyətli yeməkləriniz və ekoloji təmiz, orqanik ərzaqlarınız var. Düşünürəm ki, insanların bir çox ölkələrdə bu qidanı sevdiyini nəzərə alsaq, Azərbaycan bu məhsulları digər ölkələrə ixrac edə bilər.
- Azərbaycanla ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri barədə nə deyə bilərsiniz?
- ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdiyim görüşlərdə onların mənim burada iştirak etdiyim kimi proqramların bir parçası olmaqda maraqlı olduqlarını öyrəndim. Bu proqramlar sayəsində mütəxəssislər qarşılıqlı səfərlər edir, məlumat alır və təcrübə mübadiləsi aparırlar.
Gəncə Aqrar universitetinin beynəlxalq yay proqramı var, burada xarici tələbələr kənd təsərrüfatına dair biliklər alır. Bu, Caspian Agro-da gördüyümüz kimi, yalnız məhsul mübadiləsi deyil həm də məlumat mübadiləsidir ki, bunun çox faydası var. Mən Gəncədə olarkən kartofların üzərində bizim Kolorado böcəkləri adlandırdığımız böcəklərdən gördüm. Mən bunu bilmirdim. Biz bu həşəratların kartof istehsalına zərər verməməsi üçün onları nəzarətdə saxlamağın fərqli yollarından danışdıq ki. Bu cür fikir mübadiləsi hər iki ölkəyə faydalı ola bilər. Düşünürəm ki, gələcəkdə daha çox fikir mübadiləsi baş verəcək. Bilirəm ki, səfirlik bu cür əməkdaşlığı, mübadiləni dəstəkləyir. Buraya bir daha beş ildən sonra yox, məsələn, iki və ya üç il sonra gəlmək istəyərdim.
- Bakıda kənd təsərrüfatı forumu oldu. Sizcə, bizim aqrar sahədə daha geniş əməkdaşlığımız, ABŞ-dan aqrar sahə üzrə sahibkarların cəlb edilməsi imkanları nə dərəcədə realdır?
- Artıq bu istiqamətdə addımlar atılır. Bildiyimə görə, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov aprel ayında ABŞ-ın İllinoys ştatını ziyarət edib, istehsal prosesi və istehsal obyektləri ilə tanış olub. Azərbaycanlı nazirin artıq bu payızda Oklahomaya və digər ştatlara gəlməsi, biznesmenlərlə danışıqlar aparması, aqrar universitetlər arasında əlaqə yaratması planlaşdırılır. İnam Kərimov, həmçinin ABŞ-la Azərbaycan arasında aqrar sahədə mümkün əməkdaşlıq istiqamətləri, texnologiyanın, metodların və fikirlərin mübadiləsi ilə maraqlanacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

